İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

14:26 18-07-2024 | icon 977 | Gündəm
İrəvan sülh gündəliyindən geri ÇƏKİLDİ

Kreml sözçüsü Dmitri Peskov deyib ki, MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti uğurlu keçib və dövlət rəhbərləri ən aktual mövzuları müzakirə ediblər. O həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan sülhə yaxındırlar.

 

Maraqlıdır, Əliyevlə Paşinyanın Sankt-Peterburqda ayaqüstü müzakirəsi nə vəd edir?

 

Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla 5 aylıq fasilədən sonra Rusiyada bir araya gəldi:

 

“Bu cür təmaslar sülh prosesini irəliyə apara bilər. Son günlər sülhə dair müsbət addımlar atılır və vasitəçilər olmadan görüşlər keçirilir. Bu barışığa inamı artırır.

 

 

Digər önəmli məqam budur ki, tərəflər sülh sənədini bir-birinə göndərirlər. Yəni danışıqlar masasında müzakirə edilən bir sənəd var. Bu belə özlüyündə müsbət məqamdır. O ki qaldı iki liderin bir araya gəlməsinə, bu gözlənilirdi.

Rusiya prezidenti liderləri 2024-cü ildə Kazanda baş tutacaq görüşə dəvət edib. Mümkündür ki, növbəti görüş məhz Kazanda baş tutsun. Sülh sazişinin Qərb platformasında imzalanmasını istəməyən Kreml təşəbbüsü ələ almaqda israrlıdır. Bizi maraqlı proseslər gözləyir”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK