YAP-ın seçki TARİXİ

18:04 18-07-2024 | icon 403 | Siyasət
YAP-ın seçki TARİXİ

Hakim partiya neçə mandat qazana biləcək?

 

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

 

Artıq namizədliyi irəli sürülən şəxlərin sənədlərinin təqdim olunması prosesi başlayıb. Proses avqustun 2-si 18:00-da yekunlaşacaq.

 

Bundan əvvəlki çağırışlara nəzər salsaq görərik ki, parlamentdə indiyə qədər hakim partiya çoxluq təşkil edib.

 

Versus.az xəbər verir ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə hakim partiya qələbə qazanıb.

 

Belə ki, Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. VI çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası (keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olunub. Bundan başqa, 41 nəfər bitərəf olub.

 

2015-ci ildə keçirilən parlament seçkilərində isə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb. Hakim partiya 125 mandatdan 71-ni qazanıb.

 

2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə də Yeni Azərbaycan Partiyası qalib gəlib. Hakim partiya 125 mandatdan 72-sini qazanıb. Qalan mandatlardan 41-i partiyasız namizədlər, 3-ü Vətəndaş Həmrəyliyi Partiyası, 2-i isə Ana Vətən Partiyası qazanıb. Daha 7 partiya isə hərəyə 1 mandat qazanıb.

 

Milli Məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilib.  Bu seçkilərdən sonra partiya 63 deputatla Milli Məclisdə təmsil olunublar. II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə isə hakim partiya 77 manadar qazanıb.

 

1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilib. Seçici siyahılarına daxil edilmiş 4.132.600 nəfər vətəndaşdan 3.556.277-si və ya 86,05 faizi seçkilərdə iştirak edib. Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırılıb. YAP bu seçkilərdə 53 mandat qazanıb.

 

Sentyabrın 1-də keçiriləcək seçkilərə gəlincə, hakim partiya 125 seçki dairəsindən namizəd irəli sürüb. Bu seçkilərdə hakim partiyanın 70-ə yaxın mandat qazanacağı ehtimal edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...