Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

18:12 18-07-2024 | icon 438 | Cəmiyyət
Osman Gündüzdən internetin bahalaşmasına ETİRAZ

"Aztelekom" və "Baktelekom" şirkətləri açıqlamaya yaıblar ki, internetin qiymətini 40% qaldıracaqlar. Qiymətlər minimum 25 manatdan başlayacaq. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Yeni tariflər 15 avqust 2024-cü il tarixindən qüvvəyə minəcək.



Versus.az xəbər verir ki, internetin bahalaşmasına münasibət bildirən informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bu addımı pisləyib.

“Baxıram ki, “Aztelekom” tarana gedir. Açıqlayıblar ki, “dövlət provayderi də olsaq, qiymətləri 40% qaldıracağıq”. Gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir.

“Aztelekom”un tarana getməsi öncə onun göstəricisidir ki, hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil.

“Aztelekom” da nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də “Antiinhisar”dan. “Antiinhisar”la da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir”.

Osman Gündüz deyib ki, yenicə magistral (backbone) statusu qazanan “Aztelekom”un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur.

“Öncə gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoliji imkanlarının olmasını müəyyən etsin.

Əminliklə deyirəm ki, “Aztelekom”da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkan yoxdur.

Açıqlasın görək “Aztelekom” hazırda nə qədər trafik alır və nə qədər satır?

Müştərilərin sayı və tələbatı nə qədərdir?

Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var”.

Osman Gündüzün sözlərinə görə, “Aztelekom” güman ki, müqavilədə nəzərdə tutulanı deyil - aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların isə bundan xəbəri olmayacaq:

“Sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.

Bununla o uzağa gedə biləcəkmi?

Bu da asılı olacaq İKTA və “Antiinhisar”ın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK