Lənkəranda tanınmış gənci əsgərliyə uğurladılar

09:39 23-07-2024 | icon 259 | Cəmiyyət
Lənkəranda tanınmış gənci əsgərliyə uğurladılar

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Mədəniyyətimiz uğurlara doğru" lahiyəsi çərçivəsində İctmai-yaradıcı gənc, III-dəfə respublika mahnı müsabiqəsinin qalibi, yaxın günlərdə Hərbi-xidmətə yola düşən Allahverən Pərvizoğlu ilə görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, ziyalılar, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktor v.m.i.e Arzu Rufullayeva açaraq yaradıcı-gəncin həyat və yaradıcılığı haqqında məlumat verib.

 

Sonra çıxış edən natiqlər yaradıcı gəncin yaradıcılığından söz açaraq, ona yaradıcılığında və hərbi-xidmət yolunda müvəffəqiyyətlər arzulayıblar.

 

Daha sonra Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlərilə tədbirə rəng qatıblar.

 

Tədbirin sonunda İctimai-Yaradıcı gənc, III-dəfə respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlu keçirilən görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, xatirə şəkli çəkdirilib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK