Bir qrup idmançımız Yay Olimpiya Oyunlarına YOLA SALINDI

09:55 23-07-2024 | icon 198 | İdman
Bir qrup idmançımız Yay Olimpiya Oyunlarına YOLA SALINDI

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın bir qrup idmançısının Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub.

 

Versus.Az xəbər verir ki, yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb və onlara inandığını bildirib.

 

Nazir ümid edib ki, idmançılar uğurlu çıxış edəcəklər:

 

“Bu gün ilk nümayəndə heyətimiz yola düşür. Artıq ayın 25-də oxatma üzrə çıxışlara başlanılacaq. 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq. Təbii ki, hər bir idmançımız və federasiyalarımız bu yarışlara illərlə hazırlaşırlar. İnanıram ki, idmançılarımız qalib gələcək və bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb”.

 

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə qeyd edib ki, cüdoçularımız Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar:

 

“Həm biz, həm də Gənclər və İdman Nazirliyi tərəfindən idmançılara hər bir şərait yaradılıb. İnanıram ki, onlar da bunun qarşılığında ölkəmizi Parisdə layiqincə təmsil edəcəklər. Mən ora yollanan bütün cüdoçularımıza inanıram”.

 

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək. Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar. /report/

 

 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK