Tələbəmiz 5 ölkənin mətbuatında Qarabağ mədəniyyətindən danışıb

21:26 23-07-2024 | icon 382 | Təhsil
Tələbəmiz 5 ölkənin mətbuatında Qarabağ mədəniyyətindən danışıb

Avropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc edilib.

 

Versus.az xəbər verir ki, İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb.

 

Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarı bülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə, həmçinin, Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edilən mədəniyyət müəssisələri barəsində də məlumat verilib.

 

Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

 

Yazılar İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, Avstriyanın “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib.

 

Qeyd edək ki, məqalələr Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb.

 

Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır.

 

Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

 

//thebestmagazine.uk/2024/07/11/garabagh-cuisine-its-more-than-just-tasty-dishes/

 

//praguemorning.cz/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/

 

//zemya.bg/ пътепис-уникалните-килими-от-град-шуш/

 

//newsday.ge/index.php?m=31&cat_id=130&news_id=45520&lng=eng

 

//avusturyagunlugu.com/haber/20897435/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet

 

//thebestmagazine.uk/2024/07/16/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK