"Səttar Möhbalıyev işini ailə biznesinə çevirib”

19:27 24-07-2024 | icon 322 | Cəmiyyət
"Səttar Möhbalıyev işini ailə biznesinə çevirib”

Fuad Əliyev: “Son iki ildə onun çıxışları da sosial mövzulara aid olmayıb”

 

“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ona müraciət edən işçilərin hüquqlarını müdafiə etmək əvəzinə, başqa işlərlə məşğuldur. Ona görə işçilər hüquqlarının müdafiəsi üçün daha çox bizim Birliyə müraciət edirlər”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri, prezidentliyə sabiq namizəd Fuad Əliyev deyib. Onun sözlərinə görə, AHİK sədri Səttar Möhbalıyevin son iki ildə çıxışları da sosial mövzulara aid olmayıb.

 

Fuad Əliyev qeyd edib ki, AHİK sədri Ukrayna münaqişəsindən, İsrail-Ərəb konfliktindən, BMT və digər beynəlxalq mövzulardan danışır, amma Azərbaycanda hüquqları pozulan işçilərin haqlarının müdafiəsi haqda danışmır:

 

“Ona görə də bizim təşkilata son dövrlər müraciətlər daha da çoxalıb. Vətəndaşlar deyirlər ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına ünvanladıqları müraciətləri araşdırılmır, baxılmır. Halbuki bu qurumun səlahiyyəti, işi vətəndaşların sosial hüquqlarının bərpası istiqamətində addım atmaq olmalıdır”.

 

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, şikayətlər arasında “putyovka” ilə bağlı müraciətlər də az deyil. F.Əliyevin sözlərinə görə, Səttar Möhbalıyev bu sahəni ailə biznesinə çevirib:

 

“Bu barədə mətbuat geniş faktlar yayır. Sözügedən qurumun sədri putyovkanı şəxsi biznes, gəlir mənbəyi kimi istifadə edir. Möhbalıyev 1993-cü ildən bu quruma rəhbərlik edir. Düz 31 ildir ki, eyni vəzifəni tutur. Bir məmur 30 ildən artıq eyni postu tutursa, təbii ki, o sahə inkişaf etməz, korrupsiya, yeyinti ocağına çevrilər. Bu 31 il ərzində əksər sahələrdə kadr dəyişiklikləri olub, idarəetmədə yeni yanaşmalar tətbiq olunub, amma Səttar Möhbalıyev o dövrdən kreslosundan tərpənmir. Ona görə də 31 il ərzində həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafı, vətəndaşların hüquqlarının qorunması, “putyovka” və digər təminatlar sahəsində heç bir ciddi iş görülməyib”.


F.Əliyev vurğulayıb ki, “putyovka”ların satılması, tanışlara, yaxın adamlara verilməsi haqda məlumatlar daxil olur, şikayətlər mətbuatda dərc edilir:

 

“Fikrimcə, bu qurumda ciddi kadr dəyişikliyinə və işə yanaşmada şəffaflığın təmin olunmasına ehtiyac var. Bu gedişlə, çapıb-talamaqla kimlərsə varlanır, insanların hüquqları isə tapdanır. Biz Müstəqil Həmkarlar Birliyi olaraq hazırda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından daha faydalı işlər görürük, vətəndaşların şikayətlərini müvafiq orqanlara yönəldirik, hüquqlarının bərpası üçün əlimizdən gələni etməyə çalışırıq”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK