Ağadadaş Ağayev barədə QƏRAR

13:33 25-07-2024 | icon 354 | Cəmiyyət
Ağadadaş Ağayev barədə QƏRAR

Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.

 

Versus.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib.

 

İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

 

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK