“Ermənistanın Azərbaycana qarşı silahlandırılmasının düyün nöqtəsi Zəngəzur dəhlizidir”

16:03 27-07-2024 | icon 390 | Siyasət
“Ermənistanın Azərbaycana qarşı silahlandırılmasının düyün nöqtəsi Zəngəzur dəhlizidir”

Rauf Məmmədov: "ABŞ-ın, Fransanın, Böyük Britaniyanın maraqları bu məsələdə toqquşur"

 

“Qərbin, Avropanın Azərbaycana qarşı Ermənistanı silahlandırması və maliyyələşdirməsinin əsas düyün nöqtəsi Zəngəzur dəhlizidir. Çünki Zəngəzur dəhlizi açılarsa, şərq-qərb, şimal-cənub logistika xətləri Azərbaycanda kəsişərək keçəcək. Dəhliz açılarsa, bütün logistik xətlər işləyəcək və dünyanın yeni iqtisadi, siyasi damarı burada formalaşacaq. Ona görə də dünyanın qlobal gücləri dəhlizi idarə etmək və nəzarəti ələ keçirmək üçün çırpınırlar”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rauf Məmmədov Avropa İttifaqının, Qərbin, ABŞ-ın Ermənistanı silahlandırmasına, hərbi, maliyə yardımları ayırmaqla bölgədə gərginliyi artırmsının arxasında dayanan səbəblərə diqqət çəkərkən bildirib.

 

Politoloq 44 günlük müharibədən sonra Rusiya ilə imzalanan müttəfiqlik müqaviləsində Zəngəzur dəhlizinin açılması və Rusiya qoşunlarının ona nəzarəti həyata keçirməsi razılaşmasına diqqət çəkib. O, bu məsələdə ABŞ, Fransa, Böyük Britaniyanın maraqlarının toqquşduğunu qeyd edib:

 

“Bu güclər Rusiyanın Zəngəzura nəzarət etməsini istəmir. Bu kontekstdə Azərbaycana təzyiqlər göstərirlər. Ona görə də propsi dövlət olan İranı da bu məsələyə cəlb edirlər. Bu, təkcə Azərbaycana qarşı yönələn məsələ deyil. Logistik xətlər Azərbaycan üzərindən keçdiyi üçün hədəf Azərbaycan və regionun Ermənistan vasitəsi ilə gərginləşdirilməsi, yeni müharibə ocağının yaradılması ilə müşahidə olunur”.

 

Politoloq bildirib ki, dəhlizdən keçən logistik xətlərin regionda idarəçiliyi Azərbaycanla Türkiyənin üzərindədir. İdarəetmə mərkəzi isə Böyük Britaniya olacaq:

 

“Dəhlizin açılması prosesində Azərbaycanla Türkiyə möhkəm dayanıb. Geriyə addım yoxdur və məsələ uzandıqca gərginlik də artır. Britaniyanın qarşısında olan ABŞ, Fransa kimi güclər isə Ermənistanı silahlandırıb vəziyyəti gərginləşdirməklə məqsədlərinə nail olmağa çalışırlar. Bu, yeni dünya nizamının mərkəzinə çevrilmək, siyasi proseslərə nəzarət etməkdir. Təsəvvür edin, bununla Avropa, Çin Zəngəzur üzərində olan regionun əsas dövlətlərindən asılı vəziyyətdə qalır. Və ABŞ, Fransa, Avropa ittifaqı dəhliz üzərində məhz özünün idarəçiliyini təmin etmək üçün çabalayır. İsraildə, Azərbaycanda, Rusiya-Ukraynada baş verən gərginliklərin kökündə qlobal güclərin mübarizəsi dayanır. Əslində Ukrayna-Rusiya müharibəsi, Ermənistan-Azərbaycan münaqişəsi, Fələstin-İstrail məsələsi böyük güclərin oyunudur. Yaxın 5 ildə qarşıdurmalar davam edəcək, amma nəhayətdə kimsə qalib olmalıdır. Bu isə hegemon dövlətlərin bir-birinə təzyiq etməsi və ya dünya müharibəsinə aparacaq”.

 

R.Məmmədov bildirib ki, Ermənistan ona silah daşıyan Avropa və Qərbin gücləri qarşısında heç nə edə bilmir. Lazım olarsa “müharibəyə başla“ əmrinə də itaət edəcək. Eləcə də PKK-nın Ermənistana döyüşlərə gətirilməsi və sair yollarla gərginliyin artırılması da mümkündür. Politoloq qeyd edib ki, Azərbaycan bütün bu niyyətləri bilir və vəziyyətə nəzarət var:

 

“Əgər hərbi balans dəyişərsə, Azərbaycanla Türkiyə birgə planlar qura bilər. Əbəs yerə deyil ki, Azərbaycan bölgədə yaranmış vəziyyətin məsuliyyətini Ermənistanın və onun havadarlarının havadarları daşıyacağını bəyan etdi. Eyni zamanda Pakistanla qurulan əməkdaşlıq da bu kontekstə öz sözünü deyəcək.”

 

R.Məmmədov qeyd edib ki, vəziyyət ABŞ-da keçirilən seçkilərin nəticələrinə əsasən qismən dəyişə bilər. Onun fikrincə, erməniləri dəstəkləyən demokratlar hakimiyyətdən getsə, bu, bizim üçün sərfəli olacaq. Ümumən yeni hökumət Amerika siyasətini çox dəyişdirməsə də, prosesə təsiri ola bilər:

 

“Bu gün Ermənistanda bir çoxları arxayındır ki, Avropa və Qərbin region maraqları kontekstində gec-tez ərazi iddilarında üstünlk əldə edə biləcəklər. Çünki Avropa İttifaqı, Fransa, ABŞ, Ermənistana dəstək verməsəydi, çoxdan regionda sülhə imza atılmışdı. Lakin müşahidə etdik ki, Ermənistan baş naziri Böyük Britaniyada Azərbaycan prezidenti ilə keçirlən görüşə getmədi. Bu da onunla bağlıdır ki, ABŞ və regionda maraqlı güclər Ermənistanı sülhdən yayındırır. Ona görə də Paşinyanın bir çıxış yolu qalıb - oyun oynasın və burda bir söz, başqa yerdə bir söz deməklə baş qatsın”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK

Tovuzda zəncirvari QƏZA

Tünzalə bu dəfə su pərisi oldu