"Zəfər savaşı həm də ölkəmizə çox böyük iqtisadi dvident gətirdi"
Eldəniz Əmirov: "İlk növbədə torpaq, su, faydalı qazıntı resurslarına qovuşmaq mühüm amildir"
"44 günlük müharibə Azərbaycanın suverenliyinin bərpa olunması, güclənməsi, torpaqlarının geri alınması və bütün sahələr üzrə zəfər qazanmasına böyük imkan yaratdı".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
O, zəfər savaşının böyük nəticələr ortaya qoyaraq xalqın 30 illik həsrətinə son qoymaqla yanaşı, ölkə üçün çox böyük iqtisadi dvidentlər gətirdiyini önə çəkib. İqtisadçı ekspert bu dvidentlər arasında ilk növbədə Azərbaycanın hakk etdiyi torpaq, su, faydalı qazıntı resurslarına qovuşmasını mühüm amil kimi önə çəkib:
“Bu resurslar ölkə iqtisadiyyatının inkişafı üçün çox vacibdir. Çünki işğaldan azad olunmuş ərazilər kifayət qədər faydalı qazıntılara malikdir. Ölkənin su ehtiyatlarının dörddə biri bu ərazilərdə yerləşir. Eyni zamanda kənd təsərrüfatı üçün yararlı olan torpaq ehtiyyatları özünün səmərəsini verməkdədir. Bu ərazilərdə real sektorun, sahibkarlığın inkişaf etdirilməsinə əlavə fürsətlər yaradıldı. Bu ərazilər Azərbaycanın yaratdığı yaşıl enerji strategiyasının həyata keçirilməsi üçün prosesə əlavə stimul, güc qatdı. Bu zəfər investorların ölkəmizə cəlb olunması və yeni texnika və texnalogiyaların ölkəmizə cəlb olunması baxımından müstəsna rol oynayır”.
E.Əzimov düşmən üzərindəki zəfərimizin ölkənin ərzaq təhlkəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, ərzaq təhlüksəsiliyi üçün əhəmiyyətli olan məhsulların istehsalı məhz bu ərazilərdə mümkün olmaqdadır və getdikcə də artacaq:
“Ölkədə məşğulluğun təmin olunmasında bu zəfərin böyük rolu var. Tikinti qurucuuq işləri hələ uzun illər peşə ixtisası baxımdan daha aşağı səviyyədə olan insanların işlə təmin olunmasında müstəsna rol oynayır. Çünki bu katiqoriyadan olan insanların işlə təmin olunması olduqca vacibdir. Bu məsələdə tikinti sektoru böyük rola sahibdir. 44 günlük müharibədə qazanılan zəfər ərazilərdə yeni idarəetmə vasitəsinin tətbiqi üçün də müstəsna əhəmiyyət daşıyır”.
TAHİRƏ
Xəbər lenti
İlham Əliyevdən Qərbə MESAJ
"Dünya Bakıda toplaşıb və biz “Azərbaycana xoş gəlmisiniz!" deyirik"