Xankəndi və Füzuliyə onlayn sifarişlərin çatdırılmasına BAŞLANILIB

13:15 06-11-2024 | icon 332 | Qarabağ
Xankəndi və Füzuliyə onlayn sifarişlərin çatdırılmasına BAŞLANILIB

"Azərpoçt" MMC-yə məxsus "Postcargo" Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.

 

Versus.Az xəbər verir ki, "Azərpoçt" MMC-dən məlumat verilib.

 

Bildirilib ki, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.

 

Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.

 

"Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

 

Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1 000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR