COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

16:46 11-11-2024 | icon 336 | Gündəm
COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

Bir sıra ölkələrin dövlət başçıları, nazirlər və digər hökumət rəsmiləri COP29 konfransında iştirak üçün Bakıya gəlib.

 

Bu saata qədər Belarus, Slovakiya, İraq, Nepal, Finlandiya, Serbiya, Şimali Makedoniya, Zimbabve, Surinam, Qana, Monqolustan, Qvineya-Bisau Respublikasının və başqa ölkələrin dövlət başçıları, həmçinin Tanzaniyanın vitse-prezidenti, bundan başqa San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada da Bakıya gəlib.

 

İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Antiqua, Barbuda Respublikasının Baş naziri Qaston Braun, Burundi Respublikasının vitse-prezidenti Bazombanza, Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi, Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi və Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta da Bakıda keçirilən COP-29-da iştirak edir.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.

Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Syuesyan COP29 iqlim sammitində iştirak etmək üçün gələn həftə Azərbaycana səfər edəcək. Cənab Din 12 noyabrda başlayacaq COP29-da liderlər sammitində Çin Sədri Si Jinpinin xüsusi nümayəndəsi olacaq.

 

Bundan əlavə, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç və Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava noyabrın 10-da Azərbaycana səfərə gəliblər.

 

Konqo prezidenti və Yəmənin vitse- prezidenti də Azərbaycandadırlar. Gürcüstanın Baş naziri İrakli Kobaxidze və İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari də artıq Bakıdadırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR