“Zəfərimiz daimi olsun”
Hafiz Hacıyev: “Şəhidlərimizi unutmayacağıq, onlara əbədi borcumuz var”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın Zəfər Günü ilə bağlı ölkə prezidentini, silahlı qüvvələri və xalqı təbrik edib.
Versus.Az xəbər verir ki, MMP sədri təbrikdə deyir:
“Bu gün ölkəmizin ən möhtəşəm qələbəsini qeyd edirik. Kiçikdən böyüyə böyük sevincini yaşadığımız qürurlu bir tarixin 4-cü ildönümüdür. Bu, nə azərbaycanlıların, nə də dünyanın özünün unutmayacağı bir tarixdir.
Qısa xatırlatma verim ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Qeyd edim ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Və bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Bu möhtəşəm Zəfərimizi Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz əldə edib. Canlarını fəda edən şəhidlərimizi unutmayacağıq. Onlara əbədi borcumuz var. Cənab İlham Əliyevin diqqət və qayğısı daim şəhid ailələrinin, qazilərin üzərindədir.
Qalib ölkənin lideri cənab prezidentimiz bu gün artıq diqtə edən bir liderdir. Dünya ölkələri onunla hesablaşır. Onun diqqəti, qayğısı sayəsində Azərbaycan ordusu ən güclü ordular sırasındadır. Bu gün elə bir ölkə başçısı və silahlı qüvvələri yoxdur ki, Azərbaycan Prezidenti kimi ölkəsində xalq-prezident birliyini yumruğa döndərsin, düşmənə kapitulyasiyaya imza atdırsın.
Və bu gün biz qələbəmizi qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Mən Başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla silahlı qüvvələrimizi, bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm.
Qələbəmiz, Zəfərimiz daimi olsun!
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!”
Versus.Az
Xəbər lenti
Ermənistanın qanunsuzluqları Məhkəmə tərəfindən ARAŞDIRILACAQ
Azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar...