“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

09:22 09-11-2024 | icon 274 | Film
“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii film Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunub.

 

Versus.Az xəbər verir ki, film, 44-günlük Vətən Müharibəsində atasını itirən bir balacanın hekayəsidir.

 

Baş qəhrəman – Zahid – atasının ölümünü qəbul etmək istəmir, onunla bağlı xatirələrini gerçək həyatda canlandırmağa çalışır, sanki atasının kölgəsində yaşayır. Axı, nağıllarda oxuduğu qəhrəmanlar ölümsüzdür,
Zahidi atası ilə bağlayan qırılmaz tellər var. “Mənim atam supermendir, qəhrəmandır” deyərək o, hər kəsi inandırmağa çalışır ki, atası tezliklə evə qayıdacaq.

 

Xəyallarında baş verən son görüşdə Zahid dərk edir ki, şəhidlər yanımızda olmasalar da, bizim qəlbimizdə, yaddaşımızda, içimizdə yaşayırlar. Həyat hər zaman davam edir.

 

Filmin layihə rəhbəri Həmid Əsədzadədir.

 

Baş rollarda Zahid Əhmədov, Qurban Əhmədov və Lalə Süleymanova iştirak edirlər.

 

Quruluşçu rejissor - Fərid Əhmədov, ssenari müəllifi - Leyla Qədirzadə, quruluşçu operator - Aqşın Rzayev, rejissor - Orxan Cahangir, prodüser - Nicat Həsənli, İcraçı prodüser – Oruc Pirəliyev, montaj – Mirhüseyn Ağayev, səs rejissoru – Murad Bayramovdur.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR