COP29-un PROQRAMI

20:08 09-11-2024 | icon 275 | İqtisadiyyat
COP29-un PROQRAMI

11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransının proqramı konfransın rəsmi veb-saytında yerləşdirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.

 

COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək tədbirlərin proqramını təqdim edib. COP29 rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər.

 
 
 
 

Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.

 

Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur. 13-22 noyabr tarixlərində Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.

 

Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun olaraq panel müzakirələri və seminarlarda iştirak edərək təcrübə qazana biləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlim müzakirələrini təşviq etmək və həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflər arasında fəaliyyəti stimullaşdırmaq üçün onlara verilən bu imkanı səmərəli dəyərləndirəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR