"İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür"

18:21 23-03-2019 | icon 474 | Siyasət
"İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür"

İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti ilə bağlı fərziyyənin praktiki olaraq həyata keçirilməsi üçün əsas yoxdur.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin eksperti Fərhad İbrahimov erməni KİV-in məlumatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, İrandan Ermənistan vasitəsilə Gürcüstana boru kəmərinin tikintisi layihəsinin reallaşdırılması çox böyük maliyyə vəsaiti tələb edir ki, İran tərəfi də bunu çətin ki öz üzərinə götürsün:

 

"İranın belə böyük vəsait sərf edəcəyinə şübhə edirəm, çünki sanksiyalar səbəbindən indi rəsmi Tehran özü fəal şəkildə investisiya axtarır. Ermənistan və Gürcüstan isə belə böyük maliyyə imkanlarına malik deyil. Aydındır ki, Nikol Paşinyan Gürcüstanın Azərbaycandan qaz idxalını azaldacağına ümid edərək öz layihəsinə rəsmi Tbilisini cəlb etmək istəyir. Lakin bu məqamda bir neçə məsələ ortaya çıxır. Birincisi, Gürcüstan Azərbaycandan qaz tədarükünə çox bağlıdır və qazı kifayət qədər sərfəli şərtlərlə alır. Buna görə də çətin ki Tbilisi alternativ mənbələr axtarsın. Buna görə də əminliklə demək olar ki, İrandan Ermənistan vasitəsilə Gürcüstana qaz tədarükü haqqında təşəbbüslər elə söz yığını olaraq qalacaq".

 

Politoloq qeyd edib ki, indi Ermənistan qeyri-müəyyən vəziyyətdədir, bu da N.Paşinyanın apardığı xaotik xarici siyasətlə əlaqəlidir:

"O, bir tərəfdən öz elektoratına göstərmək üçün Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır, digər tərəfdən isə məqsədə çatmaq üçün Qərb ölkələrinin dəstəyinə ümid edir. Lakin bu ona müyəssər olmayacaq, çünki bəyanat səsləndirməkdən başqa əməldə heç nə yoxdur. İndi Paşinyan daha aşağı qiymətlə qaz almaq ümidi ilə İrandan kömək istəyir. İranlılar isə cari iqtisadi şəraitdə aşağı qiymətə qaz satmaq istəmirlər".

 

F.İbrahimov əlavə edib ki, iqtisadi məsələləri müzakirə etməzdən əvvəl siyasi məqamlara da baxmaq lazımdır:

"Tehranda Ermənistanda baş verən hadisələri, o cümlədən Paşinyanın bəyanatlarını diqqətlə izləyirlər. Sirr deyil ki, Ermənistanın baş naziri ətrafına Qərb yönümlü insanları yığıb. Və iranlıların düşüncəsində Paşinyan Qərb tərəfdarıdır, deməli, siyasi fiqur kimi o, etibarlı deyil. Ermənistanda İran yönümlü qüvvələr yoxdur və Yerevanla Tehran arasındakı razılaşmalar ilk imkanda itib batacaq".

Ekspertin fikrincə, bu fakt İran tərəfini qətiyyən qane etmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Yeni ixtisaslarla bağlı MEYARLAR

Ukraynada vəziyyət...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar