Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq

16:18 22-05-2019 | icon 354 | Sosial
Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq

Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.

 

Versus.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

 

Onun sözlərinə görə, Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinə artıq bir neçə ildir başlanılıb, layihəyə hazırlıq işləri bitib. Hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub. Artıq yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət, yəni icraçı şirkət tərəfindən Zaqatala-Balakən biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq.

 

Layihənin ümumilikdə 4 il ərzində başa çatdırılması nəzərdə tutulur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR