“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

13:54 11-09-2019 | icon 134 | Geopolitika
“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

Böyük Britaniyanın  Avropa Birliyindən (AB) ayrılmaq istəyi, Brexitin tətbiqi ilə bağlı ölkədə baş qaldıran nümayişlər, Türkiyənin AB-nə qəbul olunmaqistəyinin hələ də arzu olaraq qalması, Rusiya faktoru və eləcə də Azərbaycanın ABilə imzalanması nəzərdə tutulan sazişin ertələnməsi mövzusu, Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq yanaşmalar çözülməkdə davam edir. Bir sözlə, Avropa Birliyinin dünyaya verdiyi vədlər və onun ətrafında cərəyan edən proseslərin istiqamətləri birmənalı qəbul olunmur.

 

Versus.Az xəbər verir ki, politoloqlar Rauf MəmmədovƏhəd Məmmədov bu və ya digər məsələlər ətrafında bir çox nüanslara aydınlıq gətiriblər.

 

“Bu proses SSRİ-nin dağılmasından sonra yenidən gündəmə gəldi”

 

Rauf Məmmədov bildirib ki, Avropa Birliyi məsələsidünyanın gündəmindədir. Avropa Birliyi ideyasının həllə 2-ci dünya müharibəsindən sonra gündəmə gəldiyini, dünyanizamının yenidən müəyyənləşdirildiyini deyən R.Məmmədov müharibədə İngiltərə, Fransa, Amerika  kimi böyük dövlətlərin iqtisadi-siyasi baxımdan öz güclərini itirmələrinə diqqət çəkib:

 

“İkinci dünya müharibəsindən sonra Avropa Amerikanın təsir dairəsinə düşdü. Yaxın Şərqdən, Afrikadan, Asiyadan gələn miqrantların Avropaya daxil olması və Avropanın iqtisadi cəhətdən gücləndirmək şərti ilə çıxış edən Amerika Avropanı öz nəzarəti altında saxladı”.

 

Politoloq qeyd edib ki, ikiqütblü dünya sistemi Amerika və Avropanın dünyanı öz nəzarəti altında saxlamasına imkan verir və SSRİ-nin də Şərqi Avropa ölkələrini öz nəzarəti altında saxlaması dünyanınbu düzənini tənzimləyirdi:

 

“Bu proses SSRİ-nin dağılmasından sonra yenidən gündəmə gəldi və Avropada güclər arasında yeni münaqişələr baş verdi. Bu münaqişələr açıq şəkildə görünməsə də, bəzi yerlərdə baş verən terror hadisələri, inqilablar, yaxın Şərqdə, Avropanın özünün daxilində baş verən müəyyən kataklizmlər dünyada güc mübarizəsinin getdiyini ortaya qoyur”.

 

R.Məmmədov bildirib ki, Avropa Birliyi SSRİ kimi bir quruluşa sahibdir. Avropa ölkələrinin də Avropa Parlamenti, Avropa Komissiyası, Avropa Məhkəməsi kimi vahid strukturları var:

 

“Son dövrlər Avropa öz müstəqilliyini getdikcə daha ?ox itirir. Avropada müstəmləkə?ilik siyasəti aparmış Fransa, Almaniya, İngiltərə kimi dövlətlər qlobal siyasətini apara bilmir və Amerikanın təsir dairəsinə düşürlər. Təbii ki, Almaniya, Fransa və İngiltərədə bundan narazı olan siyasət?ilər var. Bunlar əsasən sağçılar, millətçi partiyalardır. Bunlar Avropanın Amerikanın təsir dairəsindən çıxmasının tərəfdarıdırlar”.

 

“Böyük Britaniya sərvətlərini hansısa təsirlərin altında əriməsini istəmir”

 

R.Məmmədov bildirib ki, Avropa Birliyi Avropa dövlətlərinin müstəqilliyini əllərindən alır. Çünki İngiltərətarix böyu dünyanı idarə edən əsas güc olub. Belə bir iddialı dövlət öz imkanlarını, sərvətlərini hansısa Amerikanın Almaniyanın təsiri altında əriməsini istəmir:

 

“Lakin iqtisadi baxımdan Avropa Birliyinin müsbət tərəfləri var. Ancaq bu, güclü dövlətlərə sərf eləmir. İngiltərənin Avropa Birliyində olması situasiyasını Azərbaycan, Ermənistan Gürcüstanla müqayisə etmək olar. Azərbaycan SSRİ-nin tərkibində olanda həm “qara qızıl”ı, həm də “ağ qızıl”ı verən bir ölkə idi. Bunun müqabilindəaldığı qazanclar Ermənistan və Gürcüstandan az idi. Bundan daha ?ox Ermənistan və Gürcüstan bəhrələnirdi. Eləcə də biz Avropada Almaniyanı, FransanıYunanıstan, Şərqi Avropa dövlətləri müqayisə edə bilmərik. 2016-cı ildə İngiltərə 10 milyard  Evro həcmində itki verdi. Yəni Avropa Birliyinə 14.5 milyard dollar qoyuldu, ancaq nəticədə 4,5 milyard görtürə bildi. Bu, Avropada sağçı qüvvələrin fəallaşmasına şərait yaratdı. Düzdür, miqrantları ucuz işçi qüvvəsi kimi istifadə olunur. Amma miqrantların içərisində xarici ölkələrin- Amerikanın, Rusiyanın kəşfiyyatınaişləyən müəyyən qüvvələr var ki, onlar ölkə daxilində iğtişaş yatratmaqda maraqlı olurlar. Təbii ki, burda terror hadisələrini də istisna etmək olmaz. İngiltərə bütün bunları gördüyü üçün özünü bu birlikdən kənara çəkdi”.

 

R.Məmmədov ingilislərin bu prosesləri ölçüb-biçdiklərini deyib. Bildirib ki, ingilislər avropanın gələcəyini görmürlər:

 

“Avropa Birliyi yaxın gələcəkdə dağılıb gedəcəkdir. Burda böyük münaqişələr, qarşıdurmalar yaranmalıdır. İngiltərə özünü sığortaya almaq istəyir və özünü kənara çəkir”.

 

O ki, qaldı Türkiyənin Avropa Birliyinə daxil olmaq istəyinə, politoloq hesab edir ki, bu,Türkiyənin maraqlarına uyğundur:

 

“Çünki Türkiyə ticarətinin, turizminin 60 faizi Avropa Birliyi ilə bağlıdır. Avropa Birliyi Türkiyə üçün bir bazardır. Əgər bu bazar Türkiyə üçün bağlanacaqsa, özünə yeni bazar axtarmalıdr və biz görürük ki, Artıq Türkiyə üzünü Avrasiya məkanına çevirib”.

 

R.Məmmədov bildirib ki, dünyada gedən proseslər güc dövlətinin apardığı siyasətdən birbaşa asılı olsa da, beynəlxalq güclərin Azərbaycana yanaşması birmənalı deyil. Onun sözlərinə görə, Azərbaycanın probleminə laqeyd yanaşma davam edir:

 

“SSRİ-nin süqutu ərəfəsində Amerika konqresmenləri Rusiya hökumətinə məktub ünvanlamşdılar ki, Azərbaycanda islam fundamentalizmi baş qaldırıb, bunun qarşısısnı almaq lazımdır. Biz sülh anlaşmasında da gördük ki, bu məsələlərdə qərbdaha çox Ermənistanın yanındadır. Yəni biz müsəlman ölkəsi olduğumuz üçün bizə ikilistandartlı yanaşmalar mövcuddur. Mən bu gün də hansısa Qərb, Avropa ölkəsinin bizim maraqlarımızı müdafiə etməsini görmürəm.Bu məsələdə Rusiya Qarabağda satatus-kvonun qorunub saxlanmasında maraqlıdır. Bunların gələcək planlarında SSRİ-ni bəra etmək durur. Düşünmürəm ki,bu məsələ hansısa qərb ölkələrinin marağında olsun. Bu məsələlər təbii ki, özümüzün marağımızdadır”.

 

Politoloq problemin həlli yollarına diqqət çəkib. Bildirib ki, münaqişənin həlli yolları dünyada türk dövlətlərinin, müsəlman dövlətlərinin həmrəyliyi, birliyi güclənməsindən keçir:

 

“Azərbaycan Qafqazda bir güc mərkəzinə çevrilməlidir. çünki dünya zəifləri məhv edir. Güclü olmaq lazımdır ki, siyasi iradəni ortaya qoya biləsən. Bunun üçün Türkiyə-Azərbaycan münasibətləri daha da intensivləşməli, yaxınlaşmalıdır. Bu gün Rusiya özü də Türkiyənin Amerikadan üz çevirib Avrasiya məkanına gəlməsini istəyir. Bu siyasət Türkiyəni bizə daha da yaxınlaşdırır”.

 

R.Məmmədov torpaqların işğalı məsələsində Azərbaycanın qarşısında ciddi manelərin olduğunu qeyd etsə də, beynəlxalq hüququn torpaqlarımızı işğaldan azad etmək üçün bizə haqq verdiyini deyib:

 

“Ancaq təzyiqlər var. Birmənalı şəkildə görünür ki, status-kvo məsələsi həm Rusiyanın, həm Amerikanın marağındadır. Biz uzunmüddətli müharibə apara bilmərik. Biz torpaqlarımızı lokal, qısamüddətli, partizan döyüşləri formasında azad etməliyik”.

 

“İngilislər Avropa Birliyindən çıxmağa qərar veriblərsə, deməli “gəmi batır””

 

Politoloq Əhəd Məmmədli bu günlər Böyük Britaniyada insanların k??ələrə çıxaraq Brexit-lə bağlı hökumətin parlamentin fəliyyətini dayandırmasına etiraz etməsini təbii sayıb:

 

“İngilislər ağıllı xalqdır və əgər onlar Avropa Birliyindən çıxmağa qərar veriblərsə, deməli “gəmi batır”. Britaniya krallığının yarısı Avropa Birliyindən ayrılmağın əleyhinədir. Bunun əleyhinə çıxış edənlər əsasən şotlandlardır. Şotlandlar hətta belə şantajla çıxış etdilər ki, Avropa Birliyindən tam ayrılma baş verəndən sonra Şotlandiya referendum keçirib Böyük Britaniyadan ayrılma qərarı verəcək. Şontlandlar öz gələcəyini Böyük Britaniya ilə deyil, Avropa birliyində görür. Göründüyü kimi, qeyri-sabit siyasi vəziyyət var. Avropada son qərarları krallar, monarxlar verir və bu, Avropa demokratiyasının nə qədər real olduğunu ortaya çıxardı”.

 

Ə.Məmmədli eyni zamanda illərdir həmin quruma daxil olmaq üçün çarpışan Türkiyənin durumuna diqqət çəkib. Bildirib ki, İngiltərə kimi bir dövlətin Avropa Birliyindən çıxması bu quruma ciddi zərbədir:

 

“Ona görə də Avropa Birliyi başqa Avropa ölkələrə göstərir ki, baxın, bizdən ayrılır və bu qədər üstünlükləri itirəcək. Amma artıq proses başlayıb və Britaniya Avropa Birliyini tərk edəcək. Eləcə də Türkiyə əvvəlki kimi Avropa Birliyinə üzv olmaq istəmir. Çünki Türkiyə üçün digər perspektivlər, digər vizyonlar açılır. Artıq dünya heç də Avropanın əhatəsində fırlanmır. Artıq digər mərkəzlər - Türkiyə, Rusiya, Çin, Yaponiya, Braziliya var. Dünya çoxqütblü sistemə qayıdır. Artıq məsələlər Vaşinqton, Bürüssel ikiliyində həll olunmayacaq”.

 

Ə.Məmmədli bildirib ki, Türkiyənin AB-yə daxil olmasını Amerika istəmir və buna mane olur:

 

“Lakin istənilən halda ABŞ dünyada tək söz sahibi deyil. ABŞ-ın Rusiyaya sözdə bir, əməldə başqa bir münasibəti var.  Rusiyanın Avropada ən böyük tərəfdaşları olan Almaniya, Fransa ilə qaz tranziti əlaqələri var. Faransa Rusiyanı böyük 8-liyə qaytarmaq təklifi ilə çıxış edir. Olan Ukraynaya oldu”.

 

Moskvaya bağlı olan qruplar əllərindən gələni elədilər ki...”

 

Politoloq Azərbaycanla Avropa Birliyi arasında bağlanacaq sazişdə Azərbaycanın yeri və roluna diqqət çəkməklə yanaşı əməkdaşlığın ertələnməsi ilə bağlı məsələlərə də toxunub:

 

“Mən istərdim ki, bu saziş bağlansın. Təəssüflər olsun ki, çox maraqlı tendensiya baş verdi.Özünü qərbyönümlü müxalifət adlandıran müxalifət Qarabağ isteriyası ilə bu sazişin əleyhinə çıxdı.Moskvaya bağlı olan qruplar əllərindən gələni elədilər ki, bu saziş bağlanmasın. Amma bu saziş Azərbaycana lazım idi, vacib idi. Çünki bu, Azərbaycanı Rusiyadan uzaqlaşdıracaqdı və demokratiyanın inkişafına təkan olacaqdı. Burda Moskvanın maraqları var. Moskva istəməz ki, Azərbaycan Avropaya meyllənsin.”

 

Ə.Məmmədli bildirib ki, bu gün Azərbaycan yerləşdiyi coğrafiyaya görə sanki mühasirədə olan bir dövlət kimi görünsə də, bu heç də dünyanın sonu demək deyil:

 

“Tarixən elə gətirib ki, Azərbaycan Rusiya, İran, Gürcüstan, Ermənistanla mühasirədədir. Çünki sadaladığım bu 4 dövlətin  yarısı Azərbaycana düşməndir. Yarısı da müksimum yumşaq desək, dost deyil. Azərbaycan güclənməlidir. Hərbi gücün arxasında nailiyyətlər, nəticələr də olmalıdır. Azərbaycan ərazi bütövlüyünə qovuşmalıdır. Bundan sonra hamı bizə başqa cür yanaşacaq. Artıq Paşinyanda boş-boş danışmayacaq, gürcü də bizim əsgərin əlindən silahını almayacaq, daha İranın prezidenti deməyəcək ki, buralar bizim ərazilər olub və sair. Nəhayət ki, biz bu tilsimi qırıb tez bir zamanda Qarabağın azad edilməsini kerçəkləşdirməliyik. Aprel hadislərini yada salaq. Azərbaycan kiçik bir aprel döyüşü aparandan sonra ermənilər BMT-yə şikayət eləmişdi, qorxmuşdu. Hər şey gücdən gəlir. Biz o real gücü qazanıb, əraziləri işğaldan azad eləsək, dünya bizimlə hesablaşacaq”.

 

Ə.Məmmədli hesab edir ki, özünü demokrat adlandıran güclər Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsinə biganə yanaşırlar:

 

“Təbii ki, onlar status-kvonu saxlayıb danışıqlara üstünlük verirlər. Onların ərazisi işğal olunmayıb ki?.. Amma reallıq başqa bir şeydir. Tutaq ki, Türkiyə Afrinə girməmişdən qabaq hamı dedi ki, bu mümkünsüzdür. Lakin girdi və hər kəsi fakt qarşısısnda qoydu, ona nə etdilər, heç nə. Tutaq ki, bu gün Azərbaycan ordusu Füzulini azad etsə, neyləyəcəklər. Heç nə bir-iki bəyanat verib dayanacaqlar. Torpaqlar qısa müddətdə azad edilməlidir. Uzaqbaşı bir iki bəyanat veriləcək bununla da bitəcək. 50 ildir İsrailə qarşı bəyanatlar verirlər, nə olur. İsrail də mühasirədə idi, amma o, bu mühasirədə ola-ola çox gözəl dövlət qurdu, başqa əraziləri də işğal elədi və artıq dünya liderinə çevrilməkdədir”. /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

Ailə bugün dünənki formatla yürüməz

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Döyüş xatirələrində yaşanan həqiqətlər

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən

Azərbaycanda qadın süd vəzilərinə banka qoydu – FOTO