Məmur nazirliyi şəxsi əmlakı hesab edəndə nələr olur?

18:45 12-07-2023 | icon 1481 | Cəmiyyət
Məmur nazirliyi şəxsi əmlakı hesab edəndə nələr olur?

Fuad Əliyev: "Məmurlar prezidentin çıxışlarından nəticə çıxarmalıdırlar"

 

“Prezident İlham Əliyev 11 iyulda keçirilən müşavirədəki çıxışında bir neçə məsələyə toxundu. Azərbaycanda xarici şirkətlərin yeni iş yerləri açmasına da toxundu. Hesab edirəm ki, çox vacib ismarıc verib: Xarici sahibkarlarla yerli sahibkar arasında heç bir fərq qoyulmamalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

Onun sözlərinə görə, müəssisələrdə nəzarət mexanizmi daha da gücləndirilməlidir:

 

“Prezident açıq və aydın fikir bildirdi. Bəzi aidiyyatı qurumlar, nazirliklər, məmurlar ikilistandartlar münasibət göstərirlər. Hesab edirəm ki, məmurlar prezidentin bu çıxışdan nəticə çıxarmalıdırlar. Bəzi məmurlar həqiqətəndə öz şəxsi maraqlarını qüdərək bəzi problemlərə göz yumurlar. Hesab edirəm ki, vətəndaşların sosial rifahı pozulmamalıdır, əksinə, məmurlar prezidentin tapşırıqlarını düzgün yerinə yetirməlidirlər və işçilərin sosial hüquqlarını qorumalıdırlar”.

 

Gədəbəydə baş verən polis-vətəndaş qarşıdurmasına diqqət çəkən F.Əliyev vurğuladı ki, Gədəbəydə vətəndaşlar problemlərlə üzləşdiyinə, onların səslərini eşitmədiyinə görə etiraz aksiyasını keçiriblər:

 

"Nazir və digər məmurlar dərhal getməliyidilər ora. Bunu etmədilər. Bunlar hesab edirlər ki, oturduğu bu kabinet, bu nazirlik öz şəxsi əmlakldır və buradan bayıra çıxmamalıdırlar. Amma vaxtında bu məsələyə operativ reaksiya versəydilər, heç o aksiya da olmaz idi və kənar şəxslər də bundan istifadə etməzdilər”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək