Rusiya səfirinin parlament binasına girişi rəsmən qadağan edildi

06:13 21-06-2022 | icon 595 | Dünya
Rusiya səfirinin parlament binasına girişi rəsmən qadağan edildi

Rusiyanın Böyük Britaniyadakı səfirinin Vestminsterdəki parlament binalarına (saraya - red.) girişi qeyri-müəyyən müddətə qadağan ediləcək.

 

Bu barədə İcmalar Palatasının və Lordlar Palatasının spikerlərinin rəsmi məktubunda deyilir.

 

Böyük Britaniyadakı bütün digər akkreditə olunmuş rus diplomatları və rəsmilərinə də şamil edilən qadağa Rusiyanın fevral ayında Ukraynaya təcavüzü başlayandan bəri qeyri-rəsmi olaraq qüvvədədir.

 

Ancaq yalnız indi ilk dəfə yazılı şəkildə təsdiqlənib.

 

Məktubda qeyd olunur ki, Andrey Kelin Rusiya hökumətinin rəsmi olaraq akkreditə olunmuş nümayəndəsi kimi qeyri-müəyyən müddətə parlament binasında qəbul edilməyəcək.

 

Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, Rusiya ilə danışıqlar yalnız Rusiya qoşunları Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə baş tuta bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA