Kütləvi təqaüdə qeydiyyat başlandı

12:23 02-02-2023 | icon 386 | Təhsil
Kütləvi təqaüdə qeydiyyat başlandı

25 yanvar 2023-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib. 

 

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-ə yaxın ixtisas üzrə aparılacaq. Proqram üzrə 2023-cü ilin ilk rübündə 1000-dən çox, il ərzində ümumilikdə isə Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır. 

 

Qeydiyyatdan keçən şəxslər müsabiqə mərhələlərindən keçərək təqaüdə cəlb olunacaqlar və göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqlarının 70, 90 və 100%-i  “Technest” tərəfindən təmin olunacaq. 

 

Qeyd edək ki, Bakıda 2-ci mərhələdə qeydiyyat yeni tərəfdaşların təklif etdiyi ixtisaslar üzrə aparılacaq. 

 

Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 

https://technest.idda.az/

 

Son qeydiyyat tarixi 10.02.2023-cü ildir.

 

Xatırladaq ki, ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İRİA ölkədə İKT üzrə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-ə yaxın ixtisasın tədrisi həyata keçirilir. 2022-ci il üzrə‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618, işə qəbul əmsalı 90% təşkil edir.  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək