Bakıda müəllim valideynlərdən pul istədi

14:39 14-02-2023 | icon 309 | Təhsil
Bakıda müəllim valideynlərdən pul istədi

“Uşaqlar dərsdən qaçırlar, nəyin hesabına hörmət edirik?!”

 

49 nömrəli “İntellekt” məktəb-liseyində müəllim valideynlərdən pul tələb edib.

 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Bildirilib ki, liseyin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq pul istəyib:

 

“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.

 

 

O, bütün siniflərin pul verdiyini qeyd edib.

 

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olub:

 

“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək