Yeni Çernobıl FƏLAKƏTİ?

13:00 20-02-2023 | icon 324 | Dünya
Yeni Çernobıl FƏLAKƏTİ?

Nəticələri illər boyu davam edə bilər

 

Fevralın 3-də ABŞ-ın Ohayo ştatının Şərqi Fələstin qəsəbəsində kimyəvi maddələr daşıyan qatarın relsdən çıxması nəticəsində ekoloji fəlakətə səbəb olan qəza panikaya yaradıb. 

 

Versus.az xəbər verir ki, qəza "ikinci Çernobıl fəlakəti" kimi xarakterizə edilir.

 

Kimyəvi fəlakətin nəticələrindən narahat olan Şərqi Fələstinin şəhərinin sakinləri BBC-yə danışıblar. Şəhər dükançıları Con və Lisa Hamner ekoloji fəlakətin onların həyatlarını "məhv etdiyini" iddia ediblər.

 

Emosiyalarını ifadə edərkən göz yaşlarını saxlaya bilməyən Con kimyəvi fəlakətə səbəb olan qəzanı “Şərqi Fələstinin Çernobılı” adlandırıb.

 

"Hal-hazırda olmaq istəmədiyim yerdəyəm. Bunu edə bilmərik, köçəcəyik. Qəsəbədəki kimyəvi fəlakət psixoloji yaralar  qoyub" -  o deyib.

 

Lisa isə 20 ilini keçirdikləri qəsəbə ilə bağlı narahatlıqdan yata bilmədiyini ifadə edib. Bəzi müştərilərinin onlarla işini dayandırdığını qeyd edən Lisa insanların Şərqi Fələstini tərk etməyi düşündüyünü bildirib: "Mən burada yaşayanlar üçün narahatam. Gecələr yata bilən adam tanımıram.

 

Digər sakinlər BBC-yə bildiriblər ki, 3 fevral hadisəsi "böyük fəlakət" kimi yadda qalacaq və qəza şəhərin tarixi üçün mühüm qırılma nöqtəsidir.

 

Yerli kafe sahibi Ben Ratner isə qeyd edib ki, stress və travma içindədirlər:

 

"Qəsəbədəkilər daimi təlaş içindədirlər. Bu hadisənin uzunmüddətli emosional və psixoloji təsirlərinə baxmaq lazımdır. İnsanlar qatarın səsini eşidəndə narahat olur, uşaqlar qaçır. Bu, çox ciddi hadisədir, nəticələri nəsillər boyu davam edə bilər". /Musavat.com/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA