“Müstəqil Həmkarlar” START VERDİ

15:07 07-04-2023 | icon 365 | Cəmiyyət
“Müstəqil Həmkarlar” START VERDİ

Vətəndaşlara ictimai dəstək göstəriləcəkdir

 

Bu gün Azərbaycanda bir neçə tanınmış ictimai xadimin təşəbbüsü ilə Vətəndaş hüquqlarının müdafiəsinə dəstək - “Müstəqil Həmkarlar” İctimai Birliyinin ictimayyətə təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, “Müstəqil Həmkarlar” İB İdarə Heyətinin üzvləri, deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Xəzər Teyyublu, tanınmış ictimai fəal Əhməd Rəhmanov və prezidentliyə keçmiş namizəd Fuad Əliyev yeni yaradılan ictimai təşkilatın fəaliyyət məqsədlərini açıqlayıblar.

 

Birliyin üzvləri çıxışlarında bildiriblər ki, əsas məqsəd sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaq və müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir.

 

Sonda İctimai Birliyin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA