Aksiya 138 gündən sonra niyə dayandı?

12:03 01-05-2023 | icon 440 | Qarabağ
Aksiya 138 gündən sonra niyə dayandı?

“138 günlük aksiya daha böyük güclə yenidən başlaya bilər...”

 

138 gündür Laçın-Şuşa yolunda humanitar aksiya keçirən Azərbaycanın gənc ekofəlları, vətəndaş cəmiyyətinin üzvləri bu gün -2023-cü il aprelin 28-də aksiyanı dayandırdı. Ekofəallar və gənc könüllülər dəfələrlə edilən müraciətləri nəzərə alaraq, saat 18:00-dan etibarən etiraz aksiyasını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Ekofəallar bəyan edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblər qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərində saxlayırlar.

 

İctimaiyyət nümayəndələri  Versus.az-da  ekoaktivistlərin 138 günlük aksiyanı dəyərləndirdi.

 

 

 

Siyasi ekspert Aydın Quliyev bildirib ki, ekofəalların aksiyası Azərbaycanda dövlət, ictimai mənafelərin vəhdət şəkildə mövcud  olduğunu və inkişaf elədiyini bir daha sübut elədi:

 

“Bir daha sübut olundu ki, ekofəallar, Azərbaycan gəncləri dövlətimizin siyasətini və  mənafelərini çox yaxşı başa düşür. Ekofəlların aksiyasının başlanması və müəyən müddətdən sonra onun dayandırılması  həm də onun təsdiqi oldu ki, Azərbaycan dövləti hər zaman ictimaiyyətin hər hansı bir məsələ ilə bağlı hərəkətinə  və fəaliyətinə dəstək verməyə hazırdır. Ekofəalların aksiyasının 138  gündn sonra könülü olaraq dayandırılması həm də onun təsdiqidir ki,  Azərbaycan hakimiyyəti, şəxsən Prezdent Azərbaycan cəmiyyəti arasında dərin anlaşma mövcuddur. Bu dövlət və cəmiyyətin qarşısında duran istənilən problemi həll etmək gücündədir. Ekofəalların aksiyası öz məntiqi sonluğuna aid olan məntiqi hədəfinəı çatdı. Lçın yolunda Azərbaycanın suverenliyi tam şəkildə bərp olundu. Laçın yolunda səhrəd nəzarət buraxılış məntəqəsinin qoyulması bu  yolda təhlükəsizliyə, Azərbaycan dövlətini suverenliyinin qorunmasına bir təminatdır.  Artıq sərhəd buraxılış məntəqəsinin qoyulması Azərbaycanın suveren parçası olan Xankəndi və ətrafına qanunsuz  yüklərin daşınması və bütünlüklə bu prosesin üzərində şəfafalığın təmin olunmasına  şərit yaratdı”.

 

A.Quliyev hesab edir ki, Laçın sərhəddində nəzarət buraxılış məntəqəsinin yaradılmasının ekofəallar tərəfinən anlaşıqlı qarşılanması bir daha sübut etdi ki, onlar öz məqsəd və hədəflərini çox gözəl dərk edir, aksiyanın gələcəkdə hansı hədəflərə doğru yönəldiyini lazımı şəkildə dəyərləndirilər.

 

A.Quliyev bildirib ki, ekofəallar onu da nəzərədən qaçırmırlar ki, Xankəndi ətrafında bizim təbii sərvətlərimizin talan edilməsinin dayandırılması və bu  ərazidə monitorinlərin aparılması qarşıda dayanan ümdə vəzifələrdən biridir:

 

”Ekofəallar aksiyanı dayandırmaqla bərabər Rusiya komandanın üzərinə böyük bir məsuliyyət qoydular.  Bu da ondan ibarətdir ki, komandanlıq qanunsuz talanın dayandırılması və monitorinqin keşirilməsinə şərait yratmalıdır. Əgər bu olmayacaqsa bizim ekofəalların aksiyanı bərpa edəcəyini də gündəmdə saxlayır. Çünki təbii ehtiyatların talan edilməsi və monitorinqə şərait yaradılnayacağı təqdirdə aksiyalar bərpa edilə bilər. Bu aksianın müvəqqəəti olub olmayacağı sülhməramlıların davranışından asılı olacaq. Bütün hallarda ekofəallar laşın yolunun müfdafiəsində şanlı bir tari yazdılar”.

 

   

 

Kulturoloq, QHT rəhbəri Aydınxan Əbilov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasnda ekofəalların, vətəndaş cəmiyyətləri, ictimaiyyətin tanınmış şəxslərinin iştirakı ilə Laçın -Xankəndi yolunda təşkil olunan 138 gün davam edən humanitar aksiya həqiqətləri ötürmə formatı olaraq qəbul edildi.

 

Onun sözlərinə görə, dünyanın aparıcı təşkilatları, media, siyasətlə məşğul olan beynəlxalq ictimaiyyət və digər ictimai-siyasi təsisatlar Azərbaycan torpaqlarının 30 illik işğalı və həmin müddət ekoloji terrora məruz qaldığını bir daha ekoaktivistlərin dilindən eşitdi:

 

“Beynəlxalq bəyanatların, silahların, dronların eliyə bilmədiyini dinc aksiya keçirən ekoloji fəllar edə bidilər. Azərbaycan dinc, sakit beynəlxalq konvensiyalara uyğun olaraq 30 illik münaqişəni çözməyə çalışdı. Laçında son sərhəd məntəəsinin yaradılması, yollara, dağ yollarına nəzarət ixtiyarımıza keçəndən sonra Qarabağ yenidən Azərbaycanlaşdı. Düzdür. Hələ də bir çox kəndlərimiz, şəhərlərimiz erməni işğalı altındadır və düşünürəm ki, proses onların da azad olunmasını təmin edəcək”.

 

A.Əbilov qeyd edib ki, ekoloji fəallar Ermənistanda yaşayan insanlara, Qarabağda yaşamış erməni vətəndaşlarımıza sübut etdi ki, ekologiyanın sərhəddi olmur. Quşların, ağacların milliyəyi yoxdur:

 

“Biz Pandemiya dövründə nə qədər qorunsaq da, virus bütün dünyanı əhatə etdi. Erməni cinayətkarların işğalı, ekoloji terroru, soyqırımı, torpaqları yandırması təkcə Azərbaycana deyil, eyni zamanda ermənilərə, dünyaya da özünün mənfi təsirini göstərmiş oldu”.

 

A.Əbilov hesab edir ki, bu aksiyanın birinci mərhələsinin yekunlaşmasıdır və bu cür müvvəqəti addımlar müsbət qarşılanmalıdır:

“İctimai aksivistlər ilkin mərhələdə böyük qələbə qazanmış oldu. Amma heç kəs unutmamalıdır ki, aksiya iştirakçıları hədəfə tam çatmayıb. Tələblər yerinə yetirilməsə aksiya da fərqli, daha ümumxalq formada güc nümayişi ilə daha güclü formada yenidən başlayacaq. Lakin Azərbaycan regionda sülhü, inteqrasiyanı dinc yolla həyata keçirmək istəyir. Bunu erməni diasporaları, beynəlxal ictimaiyyət anlamalı, nəzərə almalıdırlar”.

 

 

 

MCP SŞ-nın üzvü, hüquqşünas Vüqar Dadaşov bildirib ki, Azərbaycan ekofəalları, içtimai aktivistlər, gənc könüllülər Laçın-Xankəndi yolunda 138 gündür davam edən ekoloji aksiyanın siyasi əhəmiyyəti və nəticələri Azərbaycan dövlətinin, xalqının milli maraqlarını qorumaq üçün ən əlverişli vasitə kimi yumşaq güc nümayişi idi:

 

“Aksiyanın təşkili və belə üsulun tətbiqi həm də Azərbaycanın praktik siyasi nəticə verə biləcək gediş, müdrik və müəyyən müddət perspektivinə hesalanmışdı. Azərbaycanın ekofəal gedişi polittexnologiya elminin tətbiqinin, istifadəsinin çox parlaq nümunəsidir. Polittexnoloji gedişlərinin konkret nəticələrə hesablanması çox mürəkkəb və riskli prosesdir. Sonda dəqiq və hesablanmış nəticənin əldə edilməsi həmin dövlətin rəqibləri üzərində faktiki hərbi, siyasi, psixoloji qələbəsidir. Ekofəal gedişi həm də Azərbaycanda "dərin dövlət" anlayışının formalaşması istqamətində olduqca mühüm ictimai-siyasi prosesdir. Uğurla nəticələnən ekofəal gedişinə görə Azərbaycan dövləti, xalqı haqq etdiyi böyük alqışa layiqdir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək