Rusiya Almaniyanı HƏDƏLƏDİ

17:12 01-06-2023 | icon 379 | Dünya
Rusiya Almaniyanı HƏDƏLƏDİ

“Konsulluqlarımızı bağlamağınız cavabsız qalmayacaq”

 

Rusiya Almaniyanın dörd Rusiya konsulluğunu bağlamaq qərarının cavabsız qalmayacağını bildirib.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

 

Açıqlamada Almaniya rəhbərliyinin ölkədəki dörd Rusiya baş konsulluğunun bağlanmasına dair qərarı xatırladılıb. Bu qərarın “qeyri-dost” addım olduğu və ikitərəfli münasibətləri pozmaq məqsədi daşıdığı vurğulanıb:

 

“Almaniya rəhbərliyini bir daha dayanmağa çağırırıq. Düşmənçilik siyasəti nümayiş etdirən Almaniya ikitərəfli münasibətlərin pisləşməsinə görə məsuliyyət daşıdığını başa düşməlidir. Berlinin açıq-aşkar təxribat xarakterli bu hərəkətləri cəzasız qalmayacaq”.

 

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqer isə verdiyi açıqlamada Rusiyadakı  diplomatik varlıqlarını minimum səviyyədə saxlamağı hədəflədiklərini bildirib. O, noyabrın sonuna qədər üç alman konsulluğunun bağlanacağını vurğulayıb və bu səbəbdən də Almaniyada fəaliyyət göstərən Rusiya baş konsulluqlarından 4-nün fəaliyyətinin dayandırılmasına qərar verdiklərini nəzərə çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA