"BQXK son 30 il ərzində Ermənistanla vahid tərəf kimi çıxış edib və..."

19:45 27-07-2023 | icon 282 | Siyasət
"BQXK son 30 il ərzində Ermənistanla vahid tərəf kimi çıxış edib və..."

Bəhruz Məhərrəmov: “Qaçaqmalçı BQXK-nın məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir”

 

Azərbaycana qarşı beynəlxlaq təşkilatların 30 ildir müşahidə olunan ikilistandartlı yanaşmaları bu gün də davam edir. İnsan hüquq və azadlıqlarından danışan təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi neçə illərdir Ermənistanın təcavüzü, işğalı nəticəsində hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsələni araşdırmır. Azərbaycanın mövzu ilə əlaqədar çoxsaylı müraciətləri cavabsız qalır. Niyə? Beynəlxalq təşkilatların Azərbaycana, onun Ermənistan tərəfindən hüquqları pozulmuş insanlarırna qarşı bu cür laqeyd yanaşması, işğalçını Laçın younda “humanitar böhran” deyib dəstəkləməsinin arxasında nə var?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqama verən deputat Bəhruz Məhərəmov lk növbədə sözügedən təşkilatın mahiyyətinə diqqət çəkib. Bildirib ki, beynəlxalq hüquqla, Beynəlxalq Qırmızı Xaç Komitəsinə 1949-cu il Cenevrə Konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər tərəfindən silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verilib. Təsisat Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və nə 30 illik münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq.


Əksinə, müharibə dövründə və postmünaqişə periodunda bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr var.

 

B.Məhərrəmov bütün bunlarla yanaşı, Vətən müharibəsi dövründə, erməni yaraqlılarına humanitar missiya adı altında dəstək verilməsinə dair faktların mövcudluğunu önə çəkib. O, qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın daha bir qanunsuzluğunu, qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması faktını ortaya çıxarması isə təşkilatın Ermənistandan separatçılara silah-sursat daşınması ehtimallarını meydana çıxartdı. Deputat bəyan edib ki, BQXK son 30 il ərzində Ermənistanla vahid tərəf kimi çıxış edib və təəssüf ki, hazırda da eyni siyasət rəhbər tutulmaqdadır:

 

“Bildiyiniz kimi, bu gün BQXK bəyanat yayaraq Qarabağda humanitar fəlakət anonsu verir və dolayısı yolla "böhrana" səbəb kimi "Laçın sərhəd-buraxılış məntəqəsini göstərir. Bu, təşkilatın Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyətidir. Əgər BQXK-nı humanitar vəziyyət maraqlandırırsa, nəyə görə Xankəndi-Ağdam yolunu tərcih etmir? İkincisi, BQXK erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarına niyə maneə olur? Bütün bunlar göstərir ki, əslində qaçaqmalçı BQXK-nın məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir. Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq öz ərazisində sərhəd-buraxılış məntəqəsi yaradıb, BQXK da Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, "Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin".


Bu gün BQXK-nın qarşısında çoxsaylı vəzifələri mövcuddur, fəaliyyətini həmin vəzifələrə yönəltsin.
Məsələn, Qırmızı Xaç bizə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı araşdırmalarını təqdim etsin. Hansı ki, onlarda bununla bağlı 90-cı illərdə müəyyən data baza olub. Yalnız bir fakt üzrə, 54 Azərbaycan hərbçisi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlayıb, lakin sonrakı dövrdə onların taleləri məchul qalıb. Onların hamısının işgəncələr nəticəsində məhv edilməsi ehtimalları yüksəkdir. Bu, açıq müharibə cinayətləridir və 1949-cu il Cenevrə Konvensiyaları, Müqavilənin 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokolları icazə verirmi ki, BQXK susmaqla Ermənistanın cinayət ortağına çevrilsin?”

 

Deputat bəyan edib ki, BQXK bu gün təxribatçı davranışlara, qaçaqmalçılığa, xırda alverə son qoyaraq beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə fokuslanmalıdır. Onun sözlərinə görə, BQXK Qarabağın erməni sakinlərini humanitar məqsədlərlə 330 kilometr uzaqlıqda yerləşən İrəvana getməyə təşviq etməkdənsə, cəmi 70-75 km-lik məsafədəki müasir şəhərlər olan Bərdəyə, Tərtərə, 150 km məsafədəki Gəncəyə istiqamətləndirməlidir:

 

“Niyə belə bir təşəbbüs yoxdur, çünki BQXK qarşılıqlı etimadın yaranmasından narahatdır. Bu mənada biz BQXK-nın bölgədə səmərəsindən çox ziyanı olan fəaliyyətini təhlil etməli, lazım gələrsə, təsisatla Azərbaycan arasındakı 1996-cı il Sazişinin 12-ci maddəsinə əsaslanaraq, 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan prosedurlara baş vurmalıyıq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək