Laçın sakini sevincini PAYLAŞDI

12:41 28-07-2023 | icon 377 | Qarabağ
Laçın sakini sevincini PAYLAŞDI

“Evimizə, ocağımıza böyük sevinc və qürur hissi ilə dönürük”

 

“31 il sonra Laçına dönməyin sevincini duymaq üçün gərək elə laçınlı olasan. Çox böyük sevinc və qürur hissi ilə evimizə, ocağımıza dönürük”.

 

Bu sözləri açıqlamasında 31 il sonra doğma yurdu olan Laçına dönən sakinlərdən biri Pakizə İsmayılova bildirib.

 

O deyib ki, ötən 31 ili sadəcə torpaq həsrəti ilə yaşayıb:

 

“Amma hər zaman ümidli olmuşuq, həmişə inanmışıq ki, yenidən öz evimizə, Laçınımıza qayıdacağıq. Laçında çox gözəl günlərimiz olub. Bu illər ərzində bütün sözümüz, söhbətimiz ancaq Laçın olub. Laçından danışmaqdan heç vaxt doymamışıq.

 

Laçının havası gözəldir, suları cana dərmandır, torpaqları münbitdir. Hətta mən deyərdim ki, nə istəsəniz, nə axtarsanız, hamısı Laçında var. Bu günə qədər mənfur düşmənlərimiz onlardan istifadə edirdi. Amma şükür edirik ki, torpaqlarımız yenidən əzəli, əbədi sahiblərindədir”.

 

P.İsmayılova bildirib ki, uzun illərdir görmədiyi yerləri yenidən görəcəyi üçün çox xoşbəxt və həyəcanlıdır:

 

“Laçında gedib görəcəyimiz, ziyarət edəcəyimiz yerlər çoxdur. Oranın hər qarışı doğmadır. Biz öz ocağımıza geri dönürük. Arzu edirəm ki, bir qarış belə olsa, torpağımız erməniyə qalmasın. O torpaqlarda bir daha güllə səsi eşidilməsin.

 

Bu günü yaşamaq çox sevinclidir. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik. Qoy sülh içində yaşadığımız, torpaqlarımıza qovuşduğumuz bu günlər əbədi olsun”.

 

Qeyd edək ki, bu gün 56 nəfərdən ibarət 16 ailə Laçın şəhərinə yola salınıb. Bununla da orada 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. /report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək