AMİP-in reyestr siyhısındakı 1000 nəfər yararsız çıxdı

 

13:51 28-07-2023 | icon 279 | Siyasət
AMİP-in reyestr siyhısındakı 1000 nəfər yararsız çıxdı
 

 

“Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”

 

Bu barədə Versus.az-a AMİP-dən bildirilib.

 

 

“Siyasi Partiyalar haqqında” Qanununun tələblərinə müvafiq olaraq Ədliyyə Nazirliyi tərəfindən partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılması prossesi AMİP-də baş tutub. Ədliyyə Nazirliyi artıq AMİP-in reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb.

 

Partiyadan bildirilib ki,  Ədliyyə Nazirliyinin təqdim etdiyi məktubdan məlum olub ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olmuş,3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilib.  

 

 

“Reyestr məlumatların dəqiqləşdirilməsi tələb olunan şəxslərin əksəriyyəti partiya üzvü olduğunu təsdiqləyib. Partiya üzvlərinin sayının AMİP-in reyest məlumatlarının təsdiqi üçün yetərli olacağını nəzərə alaraq partiya rəhbərliyi üzvlüyün təsdiqləməyən şəxslərlə bağlı araşdırmanın sonraya saxlanmasını məqbul hesab edib”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək