Laçında bu ailələrin də məşğulluğuna dəstək işlərinə başlanılıb

16:36 09-08-2023 | icon 250 | Qarabağ
Laçında bu ailələrin də məşğulluğuna dəstək işlərinə başlanılıb

Laçın rayonunda daha 100-dək ailənin məşğulluğuna dəstək işlərinə başlanılıb.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən (DMA) məlumat verilib.

 

Bildirilib ki, “Böyük Qayıdış” proqramı üzrə Laçın şəhərinə köçürülən ailələrdən daha 100-ə yaxını ilə görüş keçirilib, həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb.

 

Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək, bu proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb.

 

Ümumilikdə Laçına köçürülmüş ailələrdən artıq 150-yə yaxını ilə görüşülərək məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək