“PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub

16:04 28-08-2023 | icon 275 | İqtisadiyyat
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) qiymətli kağızlar bazarında həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bu barədə versus.az-a Mərkəzi bankdan məlumat verilib.

 

məlumatda qeyd olunur ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də (Şirkət) “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilmişdir.

 

Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların Şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyinin müəyyənləşdirilmədiyi bildirilib. 

 

Arzu

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA