Koreyanın “Ay” fantastik filmi BAKIDA

15:59 04-10-2023 | icon 632 | Film
Koreyanın “Ay” fantastik filmi BAKIDA

"CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 5-dən etibarən məşhur "Parazitlər” filminin yaradıcısı "CJ studio”nun istehsal etdiyi "Ay” Cənubi Koreya fantastik trillerinin nümayişi baş tutacaq.

"Ay” sözün əsl mənasında, Hollivud filmləri səviyyəsində çəkilib.


Film "Qravitasiya”, "Marslı” və "Apollon 13” kimi kosmik fantastikaları xatırladır.

Bu dram kosmos və fəlakət filmlərinin pərəstişkarlarını baş qəhrəmanlarla birlikdə iki saat ərzində təlaş içində saxlayacaq.

Filmin rejissoru Kim Yonq-hva baş qəhrəmanın evdən on minlərlə kilometr uzaqda olması barədə fikirlərini bölüşüb:

 

"Mən təkcə texniki mükəmməlliyi nümayiş etdirməyən, həm də emosional dərinliyi olan bir film yaratmaq istədim. İnanıram ki, Koreya kinosu digər kosmos mövzulu filmlərdən fərqlənmək üçün kifayət qədər inkişaf edib”.

Filmdə baş rollara Sol Kyunq-qu, To Kyunq-soo, Kim Hee-ae və başqaları çəkilib.

Süjet xəttinə gəlincə, hadisələr 2029-cu ildə cərəyan edir.

Cənubi Koreya Aya üç astronavt göndərir, lakin Günəşdə partlamalar kosmik gəminin qəzaya uğramasına səbəb olur.



Yalnız bir ekipaj üzvü Ayın qaranlıq tərəfinə məcburi eniş edərək, sağ qalır. İndi NASA-nın bütün qüvvələri və Yer kürəsinin ən yaxşı mütəxəssisləri onun həyatını xilas etməyə çalışır.



Qeyd edək ki, "Ay” filmi "CinemaPlus” kinoteatrında ilk dəfə olaraq orijinal dublyajda Koreya dilində (Azərbaycan dilində altyazı ilə), eləcə də rus dilində (Azərbaycan dilində altyazı ilə) nümayiş olunacaq.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA