Yeni idarəetmə modeli Xocalıda

18:09 16-10-2023 | icon 266 | Qarabağ
Yeni idarəetmə modeli Xocalıda

Prezidentin Xüsusi Nümayəndəliyi yaradılacaq

 

Oktyabrın 15-də Azərbaycan xalqı tarixi günə şahidlik etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə, Xocalıda, eləcə də Əsgəranda ucaltdı. Prezidentin bu addımı heç şübhəsiz tarixin qızıl səhifələrinə yazılacaq.

 

Xatırladaq ki, 2020-ci ildə baş vermiş 2-ci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad olunan ərazilər iki iqtisadi rayona bölündü. Hazırda bu ərazilərdə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları var.

 

Azad edilən ərazilərdə Prezidentin Xüsusi Nümayəndəliyi fəaliyyət göstərir. Şuşa şəhərində idarəçiliyi Prezidentin xüsusi nümayəndəsi həyata keçirir. 

 

Bəs, Xocalıda da Prezidentin Xüsusi nümayəndəliyi fəaliyyət göstərəcəkmi?

 

Milli Məclisin deputatı Tahir Rzayev Prezident İlham Əliyevin antiterror tədbirləri nəticəsində azad olunan ərazilərimizdə dövlət bayrağını qaldırmasının qürurverici hal olduğunu vurğulayıb:

 

"Bu, tək Azərbaycan xalqını yox, eləcə də bütün türk xalqlarını sevindirir. Prezident çıxışında bunun ən müqəddəs arzusu və borcu olduğunu bildirdi. Qeyd etdi ki, bununla o, ümumilli lider Heydər Əliyevin və şəhidlərin ruhunu sevindirib. O ərazilərdən qaçqın düşənlərin yarasına məlhəm qoyduğunu diqqətə çatdırdı. Bu qürurverici tarixi hadisədir. 30 ildir ki, bu günləri arzulayırdıq. Həmin ərazilərin bərpası, yenidən qurulması olduqca mühüm və əhəmiyyətli hadisədir. Ölkə başçısı bu istiqamətdə bütün səylərini birləşdirib. Bir çox ərazilərdə,  xüsusilə də, Füzulidə, Zəngilanda, Laçında  görülən işlər deməyə əsas verir ki, Böyük Qayıdışla əlaqədar görülən işlər tez bir zamanda antiterror tədbirləri ilə azad olunan bölgələrdə də başlayacaq".

 

 

T.Rzayev sözügedən ərazilərdə idarəetmə strukturlarının, yaxşı, nümunəvi qurulması və səmərəli işləməsinin vacib olduğunu söyləyib:

 

"O regionların gələcək inkişafına böyük töhfələr verəcək. Həmin Qarabağ iqtisadi rayonunda artıq Prezidentin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. Xocavənddə də, Xocalıda da, Xankəndidə də bu idarəetmə forma və üsullları tətbiq olunacaq. Bu, Prezidentin səlahiyyətlərinə aid məsələdir. Cənab Prezident nəyi, nə zaman edəcəyini çox yaxşı bilir. Sözsüz ki, hansısa dəqiqləşdirilmiş, səmərəli və gələcək inkişafa hsablanmış bir yol seçilməlidir. Çünki orada müəyyən problemlər var. Antiterror tədbirləri ilə azad edilən ərazilərdə vaxtilə yaşamış ermənilər geri qayıdacaq. Həmin ermənilərdən bəzilərinin öz evlərinə qayıdacağını ölkə rəhbəri də elan edib. Qaçan ermənilər separatçıların təsirinə məruz qalmışdılar. Hesab edirəm ki, bir çoxları peşmandır. Qarabağda ermənilərin normal yaşayışı və fəaliyyəti üçün hər cür şərait var. Onlara hər cür şərait yaradılıb. Belə bir vaxtda orada yeni idarəetmə formasının tətbiq edilməsi şübhəsizdir. Bu məsələni cənab Prezident öz səlahiyyətləri çərçivəsində həll edəcək".

 

 

Milli Məclisin digər deputatı Siyavuş Novruzov ehtiyac olacağı təqdirdə Xocalıda Prezidentin Xüsusi Nümayəndəliyinin yaradılacağını bildirib:

 

"Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi var. Şuşa qoruq şəhəridir. Şuşa haqqında xüsusi status var. Bununla bağlı Milli Məclisdə qərar qəbul etmişik. Ona görə də Şuşada səlahiyyətli nümayəndəlik yaradılıb. Hələlik bu nümayəndəliklər vəziyyətə nəzarət edir.  O baxımdan da zərurət yaranacaqsa,  Xocalıya da xüsusi nümayəndəlik təyin olunacaq. Bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Qalan ərazilər Qarabağ İqtisadi rayonuna və Şərqi Zəngəzura aiddir. Ancaq yenə deyirəm ki, əgər zərurət olacaqsa, bununla bağlı qərar qəbul ediləcək. Məsələyə nə Milli Məclis, nə də başqa strukturun buna aidiyyəti var. Bu, tamamilə cənab Prezidentin səlahiyyətində və ixtiyarında olan məsələdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT