Məntiqsiz fəaliyyətin daha bir nümunəsi

14:57 18-10-2023 | icon 287 | Siyasət
Məntiqsiz fəaliyyətin daha bir nümunəsi

Nizami Səfərov: “Ermənistan bəzi beynəlxalq mexanizmlərdən ölkəmizə qarşı istifadə etməyə çalışır”


“Cənab Prezident Xankəndi şəhərində Azərbaycan xalqına müaraciət etdiyi kimi, Bakıya tanklarla gəlmək istəyən, bizi hədələyən 3 təlxək öz cəzasını gözləyir. Onların acı aqibəti bütün müharibə canilərinə xəbərdarlıqdır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Ermənistanın Qarabağda həbs olunmuş caniləri buraxdırmaq üçün beynəlxalq məhkəməyə müraciətləri ilə bağlı açıqlamasında bildirib.


N.Səfərov qeyd edib ki, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsziliyin bərqərar olunması istiqamətində Azərbaycan tərəfindən atılan ən ciddi addımlar qarşısında Ermənistan yenə də özünün destruktiv fəaliyyətini davam etdirir və bəzi beynəlxalq mexanizmlərdən ölkəmizə qarşı istifadə etməyə çalışır.

 

Onun sözlərinə görə, bu, məntiqsiz fəaliyyətin bir nümunəsidir və bu, beynəlxalq məhkəmədə irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyadan irəli gələn mübahisənin baxışında müşahidə edilir:

 

“Ermənistan növbəti dəfə beynəlxalq məhkəməyə Azərbaycana qarşı yeni 9 aralıq tədbirinin tətbiq edilməsi ilə bağlı müraciət edib. Mənfur qonşularımızın sayca 7-ci aralıq tədbirinə əsasən məhkəmədən xahiş olunur ki, Azərbaycan Qarabağda həbs olunmuş hazırki və yaxud keçmiş siyasi nümayəndələrinə və ya hərbi qulluqçularına qarşı cəza tədbirləri tətbiq etməkdən çəkinsin. Öz ağırlığı və ictimai təhlükəsizlik dərəcəsinə görə ümumilikdə cinayət əməllərinin ən yüksək mərhələsində yerləşən soyqırım, insanlıq əleyhinə müharibə cinayətləri, xüsusilə təhlükəli, transmilli cinayətlər terrorçuluq, terorçuluğu maliyyələşdirməsi kimi əməllər törədən separatçı rejimin funksionerlərinin cinayət məsuliyyətindən kənarlaşdırılması beynəlxalq burliyin qlobal səviyyədə tətbiq etdiyi qanunun aliliyinə zidd olması ilə yanaşı, eyni zamanda müharibə canilərinin cəzasız qalmasına gətirib çıxarda bilər. Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla təkcə öz adından deyil, bütün bəşəriyyət adından çıxış edir və heç kəsdə şübhə olmasın ki, bütün canilər ədalət mühakiməsi qarşısında cavab verəcəklər”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA