VI və IX siniflər üzrə MONİTORİNQ

14:01 30-10-2023 | icon 367 | Təhsil
VI və IX siniflər üzrə MONİTORİNQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI və IX sinifləri üzrə monitorinq keçirilib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

 

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə keçirilən monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb.

 

Təhsilalanlara tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

 

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinq prosesinin gedişatını izləyib.

 

Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək