40 yaşdan sonra daha effektiv arıqlamağın yolları

09:42 16-11-2023 | icon 406 | Sağlamlıq
40 yaşdan sonra daha effektiv arıqlamağın yolları

“Yaşla, insanda abdominal (qarın nahiyyəsində) piylənməsi, sarkopeniya və qaraciyər disfunksiyası inkişaf edə bilər ki, bu da maddələr mübadiləsinin sürətinə və arıqlamaq qabiliyyətinə mənfi təsir göstərir”.

 

Bunu rusiyalı professor, terapevt, inteqrativ və qocalma əleyhinə tibb üzrə ekspert Svetlana Kanevskaya deyib.

 

Həkim 40 yaşdan sonra çəki ilə daha effektiv mübarizə aparmağın yollarını açıqlayıb.

 

O, qeyd edib ki, yaşlandıqca həm kişilərdə, həm də qadınlarda tədricən piy yığılır və əzələ kütləsi azalır. Bundan əlavə, istirahət zamanı bədən daha az yandırdığı kalori yandırır. Bununla belə, Kanevskaya əminliklə bildirib ki, maddələr mübadiləsi bir neçə yolla sürətləndirilə bilər.

 

“40 yaşdan yuxarı insanlarda maddələr mübadiləsi hər 10 ildən bir 5 faiz azalır”, - deyə ekspert qeyd edib.

 

Əvvəla, həkim pedometer (addımçölçən) almağı və gündə ən azı 10 min addım atmaqdan başlamağı məsləhət görüb. Həmçinin 30-40 dəqiqəlik müntəzəm məşqlər də maddələr mübadiləsinə fayda verəcək, eyni zamanda, məşq zamanı çoxlu tərləmək məsləhət görülür.

 

“Qidalanmanızı nəzarət etməyə başlayın. Qida rasionunuzadan şəkər, bütün trans yağlar və fastfudu çıxarın. Pəhrizinizdə kifayət qədər zülal və faydalı yağların olduğundan əmin olun. Çəkinizə uyğun miqdarda kifayət qədər maye qəbul edin. Rasionunuza daha çox lifli qidarlardan, prebiotiklər və probiyotiklər əlavə edin”, - deyə Kanevskaya bildirib.

 

Professor qeyd edib ki, yetkin yaşda orqanizmin nizamlı qaydada fəaliyyət göstərməsi üçün kifayət qədər yuxuya ehtiyacı var və bunun üçün 23:00-dan tez yatmaq lazımdır.

 

“Bu vacibdir, çünki melatonin hormonunun ifrazının pik həddi saat 21:00-dan 4:00-a qədər baş verir və bu zaman yatmaq lazımdır”, - deyə professor izah edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək