"Az qala gələcəyimiz məktəbəqədər təhsildən asılıdır"

13:38 11-12-2023 | icon 429 | Təhsil
"Az qala gələcəyimiz məktəbəqədər təhsildən asılıdır"

“Məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil”

 

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir.

 

Versus.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

 

O söyləyib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq. Nazir əlavə edib ki, orta təhsilli 20 yaşlı gənc qadınları sırf işlə təmin etmək üçün bu sahəyə gətirmək doğru deyil:

 

“Bu gün az qala gələcəyimiz məktəbəqədər təhsildən asılıdır. Ona görə bu sahədə təhsilli və bacarıqlı kadrların olması önəmlidir. Orta məktəb attestatı ilə uşaqların inkişafı ilə məşğul olmaq arzuolunan deyil. Məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səriştəlilik səviyyəsi artsın. Unutmayaq ki, uzun müddət məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Xeyli vaxtdır ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlamırıq. Yəqin ki, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq. Bundan sonra kim işləyirsə təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır. Növbəti mərhələdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsili sahəsində hazırlanmasına nail olmalıyıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək