"Ermənistan fərqli mövqe göstərdiyi üçün proses uzanır”

18:25 25-01-2024 | icon 220 | Siyasət
"Ermənistan fərqli mövqe göstərdiyi üçün proses uzanır”

Sahib Əliyev: “Ermənilərin kəndlərimizi tərk etməkdən başqa yolları yoxdur”

 

“Delimitasiya və sərhəd məsələləri ilə bağlı komissiyanın görüşlərini müsbət qiymətləndirirəm. Çünki bu, Azərbaycanın istədiyi kimi ikitərəfli forat çərçivəsində keçirilir. Bu faktor ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda normallaşa biləcəyini göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Əliyev sərhəd komissiyanın yanvarın axırında keçirilmsi gözlənilən görüş və gözləntilərlə bağlı açıqlamasında bildirib.

 

S.Alıyev komissiyanın yanvarın axırında keçirilən görüşünün əvvəlcədən yüksək səviyyədə açıqlandığını və burada anklavlar, eksklavlar məsələsinə toxunulacağının qeyd edildiyinə diqqət çəkib. Eyni zamanda bildirib ki, Azərbaycan sözügedən məsələ ilə bağlı mövqeyini ən yüksək səviyyədə səsləndirib:

 

“Dövlət başçımız yanvarın 10-da yerli telekanallara verdiyi müsahibədə 8 kəndimizin erməni işğalı altında qalmasını dözülməz fakt kimi dəyərləndirdi. Dövlət başçısı adətən geosiyasi çəkili sözlərini ölçülüb-biçərək deyir. Əgər bu, Prezidentin dilindən dözülməz faktor olaraq qarşı tərəfin diqqətinə çatırılırsa nə olursa olsun ermənilərin kəndlərimizi tərk etməkdən başqa yolları qalmır”.

 

S.Alıyev sərhədlərin müəyyənləşməsi məsələsinin hətta digər MDB ölkələrinin öz aralarında apardığı delimitasiya demorkasiya prosesindən də uzun çəkəcəyini deyib:

 

“Bunun günahkarı Ermənistandır. Ermənistan rəhbərliyi tez-tez Almatı qətnaməsinə istinad edir. Digər MDB ölkələri həmin qətnaməyə dayanaraq öz sərhədlərini müəyyənləşdirsə də, Ermənistan fərqli mövqe göstrdiyi üçün proses uzanır”.

 

Deputat eyni zamanda Azərbaycanın heç kimin torpağında gözü olmadığını deyib:

 

“Azərbaycan regionda sülhün olmasında hər kəsdən daha çox maraqlıdır. Çünki biz ölkəmizin geosiyasi çəkişmə plastarmı olmasına imkan vermək istəmirik. Regionun da belə bir plastarm olmasının qarşısını alacağıq. Amma Ermənistanla münasibətlər normallaşmadan, sülh müqviləsi imzalanmadan bu mümkün deyil”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA