"AŞPA sülh müqaviləsini pozmaq üçün hərəkətə keçib"

13:45 27-01-2024 | icon 796 | Geopolitika
"AŞPA sülh müqaviləsini pozmaq üçün hərəkətə keçib"

Hasan Oktay: “Azərbaycan tez bir zamanda Xəzərin statusu ilə bağlı diplomatik addım atmalıdır”

 

“Azərbaycan Ermənistanın işğalı altında olan tarixi ərazilərini 44 günlük müharibədə azad etdikdən sonra istər-istəməz Dağlıq Qarabağ bölgəsində öz konstitusiyasını bütün torpaqlarında dominant etmək üçün hərbi əməliyyat keçirdi. Bu ikinci mərhələdə Paşinyan Azərbaycanla Rusiya arasında problem olduğunu bəyan etməsinin ardınca Putinin geosiyasətin dəyişdiyini söyləməsi Azərbaycanı hərəkətə gətirdi. İndi isə SSRİ dövründən qalan anklav adlandırılan torpaqlardan, Azərbaycanla Ermənistanın münasibətindən danışmaq vaxtıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

 

H.Oktay bildirib ki, artıq sərhəd problemlərini həll etmək və Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli sülh sazişinə nail olmaq vaxtıdır. Onun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyanın Qarabağdan Ermənistana köçmüş ermənilərin geri qayıtmasını istəməsə də, AŞPA-nın Azərbaycana qarşı verdiyi qərar əslində çox həssas bir vəziyyətdir. Yəni bölgədə sülh deyil, müharibənin davam etməsi istəyidir:

 

“Avropa bu kimi imkanlardan istifadə edərək regionda fəal rol almaq istəyir. Ermənistanın xüsusilə Fransa vasitəsilə silahlandırılması, İranın bölgəyə silah göndərməsi, hətta Hindistanın Ermənistana silah göndərməsi bütünlüklə onların regionda sülhü pozmaq və bu imkanlardan istifadə edərək regionda mövcudluğunu saxlamaq istəklərindən irəli gəlir. Yəni müharibə vəziyyətinin davam etməsində maraqlıdırlar. Amma artıq həm Azərbaycan, həm də Ermənistan nöqteyi-nəzərindən müharibə üçün vəziyyət yoxdur. Növbəti prosesi diplomatlar idarə edəcək. Türkiyənin 6 nəfərlik forması ifadəsi bir çox reaksiyalarda tapılmadı”.

 

H.Oktay qeyd edib ki, sülh müqaviləsi çox yaxındır. Onun sözlərinə görə, AŞPA sülh müqaviləsini pozmaq üçün hərəkətə keçib:

 

“Onlar Azərbaycanda keçirilən seçkiləri nəzərə alaraq Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər. Bu təzyiqlərə diplomatik müdaxilələrlə cavab verilməklə bölgədə sülh bərqərar olacaq. Bölgədə Türkiyə, Azərbaycan və Ermənistanda üçtərəfli sülh imzalananda nəqliyyat və tranzit problemləri avtomatik həll olunacaq. Bölgəyə yeni geosiyasi güc tarazlıqları gətirəcəyi gözlənildiyi üçün Zəngəzur dəhlizindən çox sürətli vergisiz, rüsumsuz keçidlər üzərində iş aparılmalıdır. Bundan əlavə, keçid qurulduqda Xəzər dənizinin altından qatar və avtomobillərin istismarı üçün uyğun boru keçidi lazım olacaq. Bu səbəbdən Azərbaycan Xəzərin statusu ilə bağlı tez bir zamanda diplomatik addım atmalıdır. Bu reallaşdıqda Türk Dövlətləri Təşkilatı daha əhatəli bir quruma çevriləcək”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT