Kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilən evlərin çıxarış problemi ilə bağlı TƏKLİF

08:23 13-02-2024 | icon 456 | İqtisadiyyat
Kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilən evlərin çıxarış problemi ilə bağlı TƏKLİF

Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədsizdir. Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır.

 

Xezerxeber.az-ın məlumatına görə, illərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir.

 

Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir.

 

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidirlər. Çünki faktiki olaraq aidiyyəti qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib. 

 

Ekspert təklif edib ki, həmin qurumlar monitorinq apararaq, lazımi sənədləri toplayıb kütləvi şəkildə Nazirlər Kabinetinə təqdim etsinlər.

 

Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib.

 
Ətraflı süjetdə:
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək