Yeməkdən sonra çay içmək elə bir xəstəliyə səbəb olur ki…

08:16 27-02-2024 | icon 231 | Sağlamlıq
Yeməkdən sonra çay içmək elə bir xəstəliyə səbəb olur ki…

Qanda hemoqlobin adlanan zülalın normadan aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması “anemiya” adlanan vəziyyətlə nəticələnir.

 
 
Anemiya bir çox xəstəliyə yol açır, halsızlıq, yorğunluq kimi arzuolunmaz nəticələrə səbəb olur.
 
 
Prof. Dr. Canan Karatay anemiya ilə bağlı xəbərdarlıqlar edib.
 
 
O, xüsusilə son zamanlar bir çox insanın yorğunluq, halsızlıq kimi şikayətlərlə üzləşdiyini və bunun əsas səbəbinin qan azlığı ilə bağlı olduğunu bildirib.
 
 
Qadınların xüsusilə təhdid altında olduğunu deyən Canan Karatay menstruasiya, əmizdirmə kimi dövrlərdə daha diqqətli olmağı tövsiyə edib.
 
 
Onun sözlərinə görə, qidalanma anemiyanı tətikləyən ən vacib məsələlərdəndir:
 
 
“Həzm probleminin bir növü olan "qlütenə qarşı dözümsüzlük" anemiyanın əsas səbəblərindən biridir. Qluten dözümsüzlüyü olanlar sağlam qidalansalar belə, qidaların tərkibindəki dəmirdən tam faydalana bilmədikləri üçün daim anemiya və dəmir çatışmazlığı problemi ilə üzləşirlər”.
 
 
Anemiyanın ən böyük əlamətinin yorğunluq və daimi yatmaq istəyi olduğunu ifadə edən Karatay, bunun immunitet sistemini zəiflətdiyini və müxtəlif xəstəliklərə qarşı həssas hala gətirdiyini söyləyib.
 
 
Onun sözlərinə görə, qan azlığının ən mühüm səbəblərindən biri yeməkdən sonra çay içmək vərdişidir. Karatay çayın qidalardakı dəmirin sorulmasına mane olduğunu vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək