“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

14:59 14-03-2024 | icon 352 | Cəmiyyət
“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

Əhməd Rəhmanov: "Yerli icra orqanları ilə yeni iş yerləri açılmasını müzakirə edirik”

 

”Son bir ayda Şamaxı rayonunda DOST agentliyi tərəfindən iş yeri ilə təmin olunan insanlar arasında "işdən çıxarılma" ilə bağlı Birliyimizə olunan müraciətlər çoxalıb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov bildirib.

 

Onun sözlərinə görə hər bir müraciət Birliyin tərəfindən araşdırılır:

 

“Araşdırılma zamanı "işdən çixarılmışıq" deyə iddia irəli sürən insanlarla görüşüb və eləcə də Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nüməyəndələri ilə danışıqlar aparılandan sonra bəzi faktlar aşkar olunmuşdur. Vətəndaşların arasında narazılığa səbəb ilk öncə onların əmək haqlarından bir neçə dəfə artıq pul məbləğinin kartlarına yüklənməsi olmuşdur. Beləki, bu məbləğ yüklənərək aldıqları mesajda "son hesabat" sözündən sonra onların müraciət etdikləri və DOST agentliyi tərəfindən təhkim olunduqları “Kamxoz” deyilən təsərrüfatın rəhbərliyinin bu məbləğ barədə xəbəri olmaması, vətəndaşlar tərəfində bir azda narahatlığı artırmış və "əmək müqaviləsinin bitməsi kimi" qiymətləndirilmişdir”.

 

Əhməd Rəhmanov bildirir ki, 2022-ci ildə Şamaxı rayonunda DOST xidməti tərəfindən bir neçə vətəndaşın müqaviləsi başa çatmadan, “müqavilənin vaxtı bitib” adı altında işdən azad olunması kimi faktı baş vermişdir:

 

“Birliyimiz tərəfindən aparılan iş nəticəsində Şamaxı rayonunda müraciət edənlərin bəzilərində, aldığı məbləğlərin mənbəyi üzə çıxmışdır. Bu məbləğlər işçiləri uzun illər, yəni son 3-4 ildə, məzuniyyətdə olmadıqları ücun aldıqları məzuniyyət pulu olduğu aşkar olundu. Bununla bağlı vətəndaşlar gec də olsa, xəbərdar olundu və əmək müqavilələrinin hələ də qüvvədə olması bilindi. Lakin bununla Şamaxi rayonunda iş bitməmişdir. Rayonda işsizlik çox yuxarı həddə olduğundan, Müstəqil Həmkarlar Birliyi olaraq yerli icra orqanları ilə yeni iş yerlərin açılması ilə bağlı müzakirələr aparilır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək