Belqorod atəşə tutuldu

14:26 16-03-2024 | icon 341 | Dünya
Belqorod atəşə tutuldu

Ölənlər və yaralananlar var

 

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində üç nəfər ölüb, üç nəfər yaralanıb.

 

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov xəbər verib.

 

Yük maşınına mərmi düşməsi səbəbindən o, sərnişin avtobusuna çırpılıb, nəticədə bir kişi və bir qadın ölüb.

 

Başqa bir qadın oğlu ilə itləri yedizdirməyə gedərkən binanın yaxınlığında baş verən partlayış nəticəsində həlak olub. Həkimlər oğlunun həyatı üçün mübarizə aparırlar - onun başının arxasında, çiynində və döş qəfəsində qəlpə yaraları var.

 

Qladkovun sözlərinə görə, daha iki kişi qapalı kəllə-beyin xəsarətləri alıb. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

 

Həmçinin, yeddi çoxmərtəbəli bina və 15 maşına zərər dəyib.

 

Sosial şəbəkələrdə partlayışlardan birinin baş verdiyi anın görüntüləri paylaşılıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək