Xankəndidə saatlı bomba və qumbaralar aşkarlandı
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.
Versus.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 ədəd saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xəbər lenti
Mədəniyyət AFİŞASI
Bakıda bu həftə hansı tədbirlər olacaq?