"Yanlışlarına görə üzr istəməlidilər"
"Normal jurnalistika prinsiplərinə sayğı göstərsəydilər, Osmanqızı TV və digər yandaşları Selcan Qəhrəmanlı olayında tutduqları yanlış mövqeyə görə öz auditoriyalarından üzr istəməli idilər".
Versus.Az xəbər verir ki, bunu üç gündür sosial medianı zəbt edən Fuad Qəhrəmanlı-Selcan Qəhrəmanlı olayına sərgilənən münasibətlərlə bağlı açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
O, bildirib ki, müxalifət Selcanın öz atasından - AXCP-nin sədr müavini Fuad Qəhrəmanlıdan - imtina etməsinə dair FB statusu paylaşmasından dərhal sonra, Osmanqızı TV və yandaşları heç bir araşdırma, dəqiqləşdirmə aparmadan, cəmiyyəti çaşdıran, yanlış açıqlamalar paylaşmış, baş verənləri "iqtidarın əməlləri" kimi şərh etməyə çaılşdılar:
"Qısa zaman kəsiyində Fuad Qəhrəmanlı partiyada tutduğu vəzifəsindən istefa verib, həyat yoldaşı Zümrüd Yağmur detallı açıqlama ilə çıxış edəcəyini deyərək, hələlik danışmaqdan imtina edir. Beləliklə, Selcanın probleminin ailədaxili problemlər səbəbindən qaynaqlandığını işarə veriblər. Demək olar ki, bütün müxalifət partiyaları açıqlama yayaraq Fuad bəyi qınayan mövqe sərgiləyiblər, onun ailədaxili problemi həll etmək üçün məqbul yol seçmədiyini, zorakılığa əl atmaqla yanlış metod işlətdiyini bildiriblər. Osmanqızı isə nə prosesin sonrakı inkişafı barədə məlumat vermir, nə də yanlışına görə üzr istəmir".
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"