Bakıda hər kəsi şoka salan turist danışdı: "Şeytana da..." - VİDEO

18:15 06-10-2019 | icon 821 | Maraqlı
Bakıda hər kəsi şoka salan turist danışdı: "Şeytana da..." - VİDEO

Rolf Buxolz. Onu bu cür xarakterizə etmək olar: dünyanın ən çox pirsinqli, buynuzlu və nəhayət şeytan görünüşlü adamı. 60 yaşlı alman müsahibimiz 8 il bundan öncə bədənində çoxlu sayda xırda deşiklər və pirsinqlər olduğu üçün Ginnesin Rekordlar kitabına düşüb. Özünün dediyinə görə, ağız ətrafında 100, ümumilikdə üz hissəsində 150, bədənində 500-ə yaxın prisinq var. Almaniyanın Dortmund şəhərində doğulub və 60 ildir ki, orada yaşayır. İxtisasca komputer mütəxəssisi olan Rolf Buxolz Almaniyada böyük telefon şirkətlərinin birində çalışır. Pirsinq taxmağa isə 20 il əvvəl başlayıb.

 

Versus.Az APA TV-yə istinadən bildirir ki, Bakıya 2 gün əvvəl Aşqabaddan gəlib. Məqsədi isə gəzmək və paytaxtı tanımaqdır. Bakını bəyənirsinizmi sualına belə cavab verir:

 

"Gözəl şəhərdir. Almaniyada insanlar Azərbaycanı və paytaxt Bakını çox tanımır. Buranı görmək və bu ölkə barədə məlumat almaq mənə xoşdur. Demək olar ki, bütün gün şəhəri gəzirəm. İnsanlar mənə yaxınlaşaraq şəkil çəkdirirlər. Yalnız yerli əhali deyil, turistlər də şəkil çəkdirirlər. Bu da normaldır".

 

Müsahibimiz dünyada özü qədər pirsinqə sahib olan insanların az, lakin taxmaq istəyənlərin çox olduğunu söyləyir. Dediyinə görə, Almaniyada bir çox insan pirsinq taxır və bu orada normal haldır. "Bəs, insanlar sizi görəndə qorxurlarmı?" sualına o, belə cavab verir:

 

"Düşünürəm ki, bəzi insanlar qorxurlar. Çünki bu qədər prisinqi olan adamı daha əvvəl görməyiblər. Deyə bilərəm ki, bu yalnız xarici görünüşdür və başqa bir anlamı da yoxdur".

 

Rolf Buxolz deyir ki, bədənində ən çox pirsinqi olduğuna və Ginnesin Rekordlar Kitabına düşdüyü üçün çox xoşbəxtdir. Çünki hər adam bu kitaba düşə bilmir. Özünün söylədiyinə görə, ona ən çox verilən suallardan biri də "rahat yemək yeyə bilirsinizmi?"dir. O isə cavabında "bəli, heç bir problem yaşamıram", deyir.

Yeməkdən söhbət düşmüşkən Azərbaycan mətbəxini, ən çox da dolmanı çox sevdiyini deyir. "Siz şeytanı təbliğ edirsiniz?" sualına isə belə cavab verir:

 

"Satanist deyiləm, normal insanam. Şeytana da inanmıram. İnsanların çoxu başımdakı buynuzlara görə məni şeytana bənzədir. Amma mən elə düşünmürəm. Buynuzlarımdan da çox xoşum gəlir".

Müsahibimiz deyir ki, alnındakı buynuzlar və bədənindəki şişlər silikondur. Rolf Buxolz Bakıda yaşamağı düşünmür. Çünki burada yaşamalı olsa o əvvəla dili öyrənməlidir. Bu isə onun üçün heç də asan deyil. Şəxsi həyatından da danışan turist heç vaxt evli olmadığını lakin sevgilisi olduğunu deyir. Gözəl qızlardan xoşu gəldiyini deyən Rolf 2 gün sonra Almaniyaya qayıdacağını və növbəti səfərinin Londona olacağını söyləyir.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür