Azərbaycanın daha bir qələbəsi

18:24 20-04-2024 | icon 310 | Siyasət
Azərbaycanın daha bir qələbəsi

Kamilə Əliyeva: “Ermənistanın havadarlarının çabaları boşa çıxır”

 

“Qazax rayonunun 4 qeyri-anklav kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması ölkəmizin daha bir tarixi gələbəsidir. Bu, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin parlaq qələbəsidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

 

Deputat qeyd edib ki, Ermənistan və onun Qərbdəki havadarlarının bütün təzyiqlərinə, təxribatlarına baxmayaraq ölkə başçımızın siyasi iradəsi, qətiyyəti bu tarixi qələbəni təmin etdi:

 

“Prezidentimiz hər zaman Azərbaycan dövləti və Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutub və dəfələrlə vurğulayıb ki, bir qarış torpağımız da işğal altında qalmayacaq”.

 

K.Əliyeva hesab edir ki, sərhədlərin delimitasiyası prosesində atılan bu addımın heç bir vasitəçi olmadan iki dövlətin rəsmi şəxsləri tərəfindən razılaşdırılması müsbət bir haldır:

 

“Ölkə başçımız da dəfələrlə vurğulayıb ki, iki dövlət arasında mövcud problemlər üçüncü tərəf olmadan həll olunmalıdır. Güman edirəm ki, Ermənistan rəhbərliyi bu həqiqəti anlayır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?