Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

12:00 20-04-2024 | icon 528 | Siyasət
Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Mahir Abbaszadə: “Özlərində cəsarət hiss etsələr üzr istəyib Azərbaycanı birdəfəlik tərk edərlər”

 

“Tarix sübut elədi ki, Əli Kərimli, Sevinc Osmanqızı kimi insanlar bu günə qədər Azərbaycan dövlətinin uğurlarına sevinmədikləri kimi, yenə də ağa qara deməkdən çəkinmirlər. Hadisələr göstərdi ki, bu adamlar riyakardırlar, yalançıdırlar”.

 

Versus.Az bunu Milli Məclisin deputatı Mahir Abbaszadə Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etdiyi bir ərəfədə daxildəki radikal qüvvələrin keçirdiyi aksiya “təlaşına” diqqət çəkərkən bildirib.

 

Deputat qeyd edib ki, tarix gerçəkliyi ortaya qoydu:

 

“Tarix bir daha sübut elədi ki, bütün məsələlərdə İlham Əliyevin siyasəti Azərbaycan xalqının, dövlətinin mənafelərinə uyğundur.

44 günlük Vətən Müharibəsində qələbə əldə edildikdən sonra Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr Bəyannaməsini imzaladı. Ərazidə sülh və təhlükəsizlik, birgə yaşayışı təmin etmək məqsədi ilə sülhməramlı kontingent fəaliyyətə başladı. Həmin bəyannamənin müddüəlarına uyğun olaraq Rusiya hərbi kontingenti 2025-ci ildə ərazini tərk etməli idi və artıq bu gün tərk etməkdədir. Bu, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın həyata keçirdiyi düşünülmüş və xalqın mənafelərini özündə ifadə eliyən uğurlu diplomatiyasının məntiqi nəticəsidir. Görünən reallıq budur ki, Cənubi Qafqazda istənilən siyasi hadisə ölkə Prezidentinin iradəsi ilə həll olunur”.

 

M.Abbaszadə bildirib ki, bu gün özlərini radikal müxalifət adlandıran Milli Şuranın bəzi üzvləri, başda Əli Kərimli olmaqla, eləcə də Amerikada oturub Azərbaycan əleyhinə təbliğat aparan Sevinc Osmanqızı kimiləri riyakarlıqdan əl çəkmirlər:

 

“Bu şəxslər Azərbaycan düşmənə qələbə qazanandan sonra təbliğat aparırdılar ki, guya bölgəmizə gələn sülhməramlılar Azərbaycanda daimi qalacaq və bəzən buna görə ölkə rəhbərini qınayırdılar. Amma hadisələr Azərbaycan Prezidentinin apardığı siyasətin uğurlu nəticəsini yenidən ortaya qoydu. Ona görə də bu gün Osmanqızı və Əli Kərimli kimiləri özlərində zərrə qədər cəsarət hiss eləsələr xalqdan və Prezident İlham Əliyevdən üzr istəyərək Azərbaycan dövlətini və siyasətini birdəfəlik tərk edərlər”. /hafta.az/

 

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI