“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

14:26 20-04-2024 | icon 240 | Siyasət
“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

İqbal Ağazadə: “Dünya bizə bu birlik çərçivəsində daha çox dəstək verəcək”

 

“Rusiya Cənubi Qafqaz siyasətində gərginlikdən qaçır. Tarix boyu olduğu ərazilərdə daha çox hərbi gücə, qarşıdurmaya, separatizmə söykənən Rusiya bu dəfə fərqli taktika seçdi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

 

Partiya sədri qeyd edib ki, Rusiya sülhməramlılarının ərazimizi tərketmə qərarı çoxlarında fərqli qənaət yaradıb. Onun sözlərinə görə, əksəriyyət Rusiyanın yeni qarşıdurmaya hazırlaşdığını düşünsə də, əslində belə deyil. İ.Ağazadənin fikrincə Rusiya anladı ki, Cənubi Qafqazdakı qarşıdurma abu havası yeni hərbi güclərin regiona daxil olması ilə nəticələnə bilər:

 

“Ermənistan israrla iddia edir ki, tək Rusiya ilə hərbi müttəfiqlik onun təhlükəsizliyinə təminat vermir, yeni müttəfiqlər aranmalı, hətta sülh müqaviləsi imzalanmayıbsa, başqa dövlətlərin və ya birliklərin ordusu da Ermənistana gətirilə bilər. Məsələn, Avropa Birliyinin, o cümlədən, Kanada və ABŞ-ın monitorinq qrupu kimi və ya Aİ ayırdığı vəsaitlə Ermənistan ordusunun təkmilləşdirilməsi adı ilə yüksək rütbəli zabitlərin ordunun içinə daxil olması... Belə vəziyyətdə Rusiya hərbi güclərin regiona daxil olma səbəblərini aradan qaldırmalıdır.

Bu səbəb isə Ermənistan-Azərbaycan münaqişəsi, bu ölkələr arasında gərginlikdir. Bunun üçün Rusiya Azərbaycandan öz silahlı qüvvələrini çıxardır, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanır, regionda gərginlik azaldılır, Rusiya isə 2045-ci ilə kimi 102-ci ordusunun Ermənistanda qalmasını təmin edir”.

 

İ.Ağazadə bildirib ki, heç bir qüvvə Rusiyanı Ermənistandan çıxara bilməyəcək, ən azı Ukrayna münaqişəsi bitmədən. Yaxud, heç kim Ukrayna-Rusiya müharibəsinin nəticəsi bilinmədən post-sovet respublikalarında aktiv toqquşma yaratmağa çalışmayacaq:

 

“Lakin Ermənistan-Azərbaycan gərginliyi artarsa, bölgəyə Ermənistanın dəvətilə başqa ölkələrin də hərbçilərinin gəlişi istisna deyil, xüsusilə bunu Ermənistan çox istəyir. Buna görə bölgədə gərginliyi azaltmaq Rusiyanın maraqlarına tam cavab verir. Bununla yanaşı qeyd etmək lazımdır ki, bölgədə gərginliyi həmişə əsasən Rusiya yaradıb. İndi yandırdığı ocaqları söndürür. Söndürür ki, onun "ərazisinə" kimsə girməsin. Paşinyanı devirə bilmədi, revanşist qüvvələr ağır məğlubiyyət yaşadı, istər seçkilərdə, istərsə də ictimai rəydə. Ümid gərginliyi azaltmağa, bununla da digər qüvvələrin regionda hərbi təmsilçiliyinin qarşısını almağa, 102-ci ordunun Ermənistanda qalmasına çalışmağa qalıb”.

 

Qərbin hərbi ekskalasiyada maraqlı olmadığını vurğulayan İ.Ağazadənin fikrincə, buna görə də Rusiyanın gərginliyi azaldan siyasətinə Ermənistanı da dəstək verməyə məcbur edəcək. İqbal bəy bildirdi ki, 4 kəndlə bağlı razılaşma da bu qəbildəndir:

 

“Qərb üçün növbəti mərhələ Ukrayna-Rusiya münaqişəsindən sonra başlayacaq. Elə Rusiya üçün də. Cənubi Qafqaz isə yeni dövrə qədəm qoyur. Ən azı bir neçə il "sakitlik" olacaq. Bunu Cənubi Qafqaz ölkələri dəyərləndirməli və gələcəyi şəkilləndirməyi bacarmalıdırlar.

Beləliklə, təklif etdiyimiz Cənubi Qafqaz Birliyi modelinə keçid üçün tarixi fürsət var. Ermənistan Cənubi Qafqazda ənənəvi dağıdıcı mövqedə olmasa, çox şey əldə etmək olar. Cənubi Qafqaz Birliyi üçün isə nümunə Avropa Birliyi modelidir. Demokratikləşmə, yeni dövrə başlamaq üçün bu birlik çox vacibdir. Dünya da bizə bu birlik çərçivəsində daha çox dəstək verəcək. Onlar da siyasətlərini Cənubi Qafqaz modeli üzərində qurublar, mərkəzləri, xarici işlər nazirliklərində belə idarələri bu addadır. Yəni bizə yönəlik siyasətdə fərdi görüşmələr və siyasət Cənubi Qafqaz siyasətinin tərkibində müəyyənləşir.

Azərbaycanın məsuliyyəti isə daha ağırdır.

Həm ölkədaxili məsələləri həll etmək, həm də Cənubi Qafqaz Birliyinin əsas yükünü çəkmək bizim vəzifəmizdir. Eynən Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri