ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək

12:19 09-10-2019 | icon 446 | Təhsil
ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) AMEA "Türkologiya" jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi – Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edəcək.

 

Elmi yığıncaq iki hissədən ibarət olacaq. Sovet-Türk” kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi akademik Teymur Kərimli və professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçiriləcək. Bu bölmədə ADU-nun rektoru, “Türkologiya” jurnalının baş redaktoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edəcəklər.

 

“Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunacaq iclasın ikinci hissəsi tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə Azərbaycan və Türkiyəli alimlərin birgə iştirakıyla keçiriləcək. Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Ramazan Qafarlı, Balıkesir Universitetinin professoru Ali Duymaz, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Bakı Dövlət Universitetinin “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əfzələddin Əskər, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoy çıxış edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili